Icma.az
close
up
RU
Suriya iqtisadiyyatının bərpasına azı 10 il LAZIMDIR

Suriya iqtisadiyyatının bərpasına azı 10 il LAZIMDIR

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Noyabrın sonunda Suriyada hökumət əleyhinə qüvvələrin hücumu başlayıb. Dekabrın 8-nə keçən gecə onlar paytaxt Dəməşqə daxil olublar. Bəşər Əsəd prezident postunu tərk edib və Suriyadan qaçıb.

Suriyanın baş naziri Məhəmməd Qazi Əl-Cəlali müxalifətlə əməkdaşlığa və hakimiyyəti sülh yolu ilə ötürməyə hazır olduğunu bəyan edib. Əsəd və ailəsi Rusiyaya sığınıb.

Tezliklə Suriyada müvəqqəti hökumət qurulacaq və konstitusiyasının hazırlanması prosesi başlayacaq. 18 ay ərzində Suriyada yeni hökumətin qurulacağı bildirilir.

Modern.az-ın məlumatına görə, Suriya iqtisadiyyatı uzun illər ərzində kənd təsərrüfatı və neft sektorlarına dayanan bir model üzərində qurulub.

Bu sahələr ölkənin iqtisadiyyatında əsas rol oynasa da, 2011-ci ildə başlayan vətəndaş müharibəsi, xarici müdaxilələr və beynəlxalq sanksiyalar iqtisadiyyatı ciddi şəkildə zədələdi.

Suriya 1963-cü ildə Baas Partiyasının hakimiyyətə gəlməsi ilə sosialist iqtisadiyyatı qurmağa başladı. Lakin bu, yalnız bir başlanğıc idi. 1970-ci illərdə Hafiz Əsədin hakimiyyətə gəlməsi ilə sosializm "dövlət kapitalizminə" çevrildi. Sovet İttifaqı Suriyaya böyük texniki yardım göstərdi – Dəməşqdən Palmeraya qədər uzanan dəmir yolu, Fərat çayındakı hidroelektrik stansiyalar və daha bir çox mühüm layihələr Sovetlərin köməyi ilə həyata keçirildi. Bu dövrdə ölkə neft hasilatına sayəsində inkişaf yoluna qədəm qoydu.

2000-ci illərdə Suriyada neft qiymətlərinin yüksəlməsi ölkənin iqtisadiyyatına müsbət təsir göstərdi. Kənd təsərrüfatı və neft sektorları ümumi daxili məhsulun yarısını təşkil edirdi. Lakin 2008-ci ildəki quraqlıq və iqlim dəyişikliyi kənd təsərrüfatının çöküşünə səbəb oldu. Həmin dövrdə ölkə yerli istehsalı artırmaq və daha çox ixrac etmək məqsədilə iqtisadi islahatlar həyata keçirirdi. Amma bu yüksəliş uzun sürmədi.

2011-ci ildə başlayan vətəndaş müharibəsi Suriyanın iqtisadiyyatını tamamilə məhv etdi. Nəinki infrastrukturlar dağıldı, həm də beynəlxalq sanksiyalar ölkənin beynəlxalq ticarətini demək olar ki, dayandırdı.

Suriyanın turizm sektoru müharibədən əvvəl Yaxın Şərqin ən parlaq turizm mərkəzlərindən biri idi. Dəməşqin qədim abidələri, Palmera və digər tarixi yerlər turistləri cəlb edirdi. Lakin müharibə ölkənin turizm sənayesini böhrana yuvarladı.

Suriya iqtisadiyyatının yaxın gələcəkdə bərpa edilməsi üçün analitiklər 10 ilə qədər vaxt lazım olduğunu qeyd edirlər. Bu müddət ərzində siyasi sabitlik əldə edildiyi halda, xarici dəstək və suriyalı miqrantlar tərəfindən göndərilən vəsaitlər sayəsində iqtisadi bərpa edə bilər.

Suriya iqtisadiyyatı 2011-ci ildən bəri davam edən müharibə nəticəsində ağır zərbə alıb. Ümumi daxili məhsul 2023-cü ildə 1,5 faiz azalma ilə daha da pisləşib. 2010 və 2021-ci illər arasında Suriyada məhsul istehsalı  54 faiz azalıb. Bu rəqəmlər müharibənin iqtisadiyyata necə böyük təsir etdiyini göstərir.

Suriyada iqtisadiyyatı neft istehsalının 90 faizdən çox azalması və ərzaq idxalına olan asılılığın artması ilə çətin vəziyyətə düşüb. 2010-cu ildə gündə 400 min barrel neft istehsal edən Suriyada  istehsal 4 dəfə azalıb. Neftdən gələn gəlirin azalması, həmçinin enerji və enerji ilə bağlı digər sənaye sahələrinin  də zərər görməsinə yol açıb.

2011-ci ildən indiyədək Suriya funtunun ABŞ dolları qarşısında dəyəri 270 dəfə azalıb. 2023-cü ilin əvvəlində, bir ABŞ dolları 12562 Suriya funtuna bərabər idi. Lakin münaqişənin gedişatında və iqtisadi qeyri-sabitliyin artması ilə bu rəqəm 2023-cü ilin sonlarına yaxın 19,000-ə yüksəldi. Suriya valyutasının enişi əhalinin həyat səviyyəsinə mənfi şəkildə təsir edib.

Üstəlik ABŞ və digər ölkələr tərəfindən tətbiq edilən sanksiyalar, kapital axınının azalmasına və əhalinin pul köçürmələri ilə bağlı çətinliklərə səbəb olub.

Ekspertlər Suriyanın iqtisadiyyatının bərpa olunması üçün xarici dəstəyin vacib olduğunu qeyd edirlər. Suriyanın böyük və varlı miqrant icması var, həmçinin beynəlxalq təşkilatlar da bu bərpa prosesində iştirak etməyə hazırdır. Bu, Suriyanın bərpası üçün yaxşı bir başlanğıc nöqtəsidir, lakin hər şey siyasi sabitlikdən asılıdır.

Suriya iqtisadiyyatının bərpası üçün ən azı 7-8 il tələb oluna bilər ki, bu da 2011-ci ildəki vəziyyətə qayıtmaq deməkdir. Əgər siyasi mühit sabitləşər və ölkə daxilində idarəetmə strukturları gücləndirilərsə, iqtisadiyyat 10 il ərzində əvvəlki dövründən də daha yaxşı vəziyyətə gələ bilər. Bunun üçün isə müharibənin bitməsi, siyasi sülhün əldə edilməsi və xarici dəstəyin göstərilməsi önəmlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Dekabr 2024 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri