Suriya ordusu Həmaya əlavə qüvvələr göndərir AzPolitika onlayn siyasiictimai qəzet
Suriya ordusu terror qruplaşmalarının mövqelərinə qarşı əks-hücuma hazırlıq çərçivəsində Həma vilayətinin şimalına əlavə qüvvələr göndərir.
"Report" xəbər verir ki, bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat yayıb.
"Suriya qoşunları müdafiə xəttini möhkəmləndirirlər. Həmin ərazilərdə terror qruplaşmalarının mövqelərinə qarşı əks-hücuma hazırlıq çərçivəsində Həma vilayətinin şimalındakı ön cəbhə xəttinə əlavə qüvvələr göndərirlər", - agentlik yazıb.
Məlumata görə, Həma vilayətinin şimal-qərbində Suriya hərbçiləri ilə terrorçular arasında şiddətli döyüşlər gedir.
Baxış sayı:49
Mənbə:https://azpolitika.info