Suriya rəhbəri ölkəyə yeni müftinin təyin olunduğunu açıqlayıb
Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, müvəqqəti dövlət başçısının ofisindən verilən məlumata görə, bu qərar Dəməşqdə keçirilən müsəlman ruhanilərinin konfransı çərçivəsində üləma (ilahiyyatçılar) ilə görüşdən sonra qəbul edilib. Bu forumda 15 ilahiyyatçıdan ibarət Fətvalar Şurası (dini hökmlər) yaradılıb.
“Prezident ona verilmiş konstitusiya səlahiyyətlərinə uyğun olaraq Ali Müftiyi təyin edib. Bu addım mötədil dini siyasətin aparılması və müasir reallıqlara adekvat qanunvericiliyin formalaşdırılması istiqamətində səylərin birləşməsinə kömək edəcək”, - deyə mətndə qeyd edilir.
Martın 26-da Suriya təhlükəsizlik qüvvələri respublikanın keçmiş baş müftisi Şeyx Əhməd Bədrəddin Hasunu Dəməşq Beynəlxalq Hava Limanında həbs ediblər. Səlahiyyətlilər bildiriblər ki, o, ölkədən qaçmağa çalışırmış.
Şam FM radiosunun məlumatına görə, din xadimi təcili əməliyyat olunması üçün Əmmana getdiyini bildirib. Radiostansiyanın məlumatına görə, keçmiş müfti müalicə üçün İordaniyaya getmək istəyi barədə səlahiyyətlilərə əvvəlcədən məlumat verib. Lakin hava limanının VİP zalına çatdıqdan bir neçə dəqiqə sonra o, saxlanılıb.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 29 Mart 2025 09:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















