Suriya sanksiyaların yumşaldılmasına dair şərtlər siyahısı ilə bağlı ABŞ yə cavab verib
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
Suriya sanksiyaların yumşaldılmasına dair şərtlər siyahısı ilə bağlı ABŞ-yə yazılı cavab verib. SİA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin məlumatına görə, Suriya hökuməti şərtlərin əksəriyyətini yerinə yetirdiyini vurğulayır, lakin qalan şərtlərin yerinə yetirilməsi üçün Vaşinqtonla "qarşılıqlı anlaşma" tələb olunur.
ABŞ Dövlət Departamentinin nümayəndəsi təsdiqləyib ki, Vaşinqton Suriya hökumətindən ABŞ-nin "etimadın möhkəmləndirilməsi üçün konkret, ətraflı tədbirlər" görülməsi xahişinə cavab alıb.
"Biz hazırda cavabı qiymətləndiririk. Gələcəkdə münasibətlərin normallaşması müvəqqəti hakimiyyətin addımları ilə müəyyən ediləcək", - Dövlət Departamentindən bildirilib.
Xatırladaq ki, ABŞ daha əvvəl Suriyaya sanksiyaların qismən yüngülləşdirilməsi müqabilində yerinə yetirilməsini istədiyi şərtlərin siyahısını göndərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 26 Aprel 2025 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















