Icma.az
close
up
RU
ABŞ Suriya ilə normallaşmaya hazırdır Şərtlər açıqlandı

ABŞ Suriya ilə normallaşmaya hazırdır Şərtlər açıqlandı

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Dövlət Departamentinin Yaxın Şərq İşləri Bürosunun yüksək səviyyəli nümayəndəsi Tim Lenderkinq Suriya rəhbərliyinin ABŞ-nin tətbiq etdiyi sanksiyaları yumşaltması üçün müəyyən addımlar atılmasının zəruri olduğunu bildirib. O, Dəməşq rəhbərliyindən amerikalı məhbuslar, xarici döyüşçülər və kimyəvi silahlarla bağlı konkret addımlar gözlədiklərini qeyd edib.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Lenderkinq, ABŞ-nin sanksiyaların yüngülləşdirilməsi üçün Suriya rəhbərliyinin dəyişikliklər etməsi halında “etimad qurulacaq bir fürsət” axtaracağını vurğulayıb.

Lakin bu məsələlərin sürətli şəkildə həll olunmasının mümkün olmadığını qeyd edib. O, həmçinin ABŞ-nin, Suriyadakı itkin düşən amerikalılarla bağlı etibarlı məlumatlar əldə etməyə çalışdığını bildirib.


Lenderkinq, İran və Hizbullahın Suriya torpaqlarında möhkəmlənməsinin qarşısını almaq üçün ABŞ-nin israrlı olduğunu və bu mövzuda təminatlar tələb etdiklərini bildirib. Eyni zamanda, İŞİD və digər terror qrupları ilə mübarizənin davam etməsi üçün Şam hökumətinin əməkdaşlığını istəyib.


Suriya rəhbərliyindən kimyəvi silahların tamamilə məhv edilməsini və qonşu ölkələrə qarşı təcavüzdən imtina etmələrini tələb edən Lenderkinq, “xarici döyüşçülərin” hökumət və təhlükəsizlik strukturlarından uzaqlaşdırılmasını da əlavə edib. O, bu sahələrdə irəliləyiş əldə olunarsa, Vaşinqtonun Suriya ilə daha geniş bir dialoqa açıq olacağını bildirib.


Lenderkinq, Suriya rəhbərliyinin irəliləyiş göstərməsi halında ABŞ-nin sanksiyaları yumşaltmağı düşünəcəyini vurğulayıb və Suriyanın ikinci bir şans əldə etməsini istədiklərini qeyd edib.


Bəsti Rəfizadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://sfera.az
archiveBu xəbər 25 Aprel 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri