Suriya Türkiyə ilə təlimlərə başladı
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Suriya ordusunun bölmələri Türkiyədə hərbi hazırlığa başlayıblar.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk məlumat verib.
“Müdafiə qabiliyyətinin artırılması ehtiyaclarını qarşılamaq məqsədilə Suriya ordusunun bəzi bölmələri ölkəmizdə hərbi hazırlıq keçməyə başlayıblar. Onlar Türkiyə Silahlı Qüvvələrinin kazarmaları və təlim poliqonlarından istifadə edirlər”, - o bildirib.
Aktürk qeyd edib ki, Suriya hökuməti və onun bütün qurumları ölkənin bərpası, sabitlik və təhlükəsizliyin təmin edilməsi istiqamətində fasiləsiz fəaliyyət göstərirlər:
“2025-ci il avqustun 13-də Suriya hökumətinin müraciəti əsasında birgə hazırlıq və məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalandıqdan sonra təlim, səfər, məsləhət və texniki dəstək tədbirləri davam edir. Bu tədbirlər Suriya hökumətinin müdafiə qabiliyyəti və təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlib”.
O əlavə edib ki, Ankara “Suriya Demokratik Qüvvələri” adlı terror təşkilatının Suriya ordusuna inteqrasiyası ilə bağlı məsələləri diqqətlə izləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 30 Oktyabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















