Suriya Türkiyə və Səudiyyə Ərəbistanı ilə hava nəqliyyatı sazişləri imzalayıb
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Suriya həcc ziyarəti zamanı suriyalı zəvvarların daşınması üçün Türkiyə və Səudiyyə Ərəbistanı ilə hava nəqliyyatı sazişləri imzalayıb. SİA xəbər verir ki, sənədlər Suriyanın Vəqflər Nazirliyinin Həcc və Ümrə İdarəsi ilə "Türk Hava Yolları" və “Centromo Hava Yolları" arasında imzalanıb.
Məlumata görə, müqavilələr zəvvarların Dəməşq Beynəlxalq Hava Limanından Ciddədəki Kral Əbdüləziz Beynəlxalq Hava Limanına, geridönüşdə isə Mədinədəki Şahzadə Məhəmməd bin Əbdüləziz Hava Limanından Suriya paytaxtına daşınmasını asanlaşdırmaq məqsədilə bağlanıb.
Müqavilələrə əsasən, hər bir zəvvara ümumi çəkisi 40 kiloqrama qədər olan iki çanta (hər çanta 20 kiloqram) daşımağa icazə veriləcək, bundan əlavə, təşkilatçı qrup tərəfindən hər bir zəvvara 5 litrlik Zəmzəm suyu şüşələri təqdim ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 09 May 2025 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















