Suriya üçün ən pisi qarşıdadır Rusiya xəbərdarlıq etdi
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
Suriyalılar genişmiqyaslı vətəndaş müharibəsinin öhdəsindən təkbaşına gəlməli olacaqlar, çətin ki, Rusiya belə şəraitdə dəstək versin.
Turkustan.az xəbər verir ki, bu sözləri Rusiya Federal Şurasının vitse-prezidenti Konstantin Kosaçev özünün Teleqram kanalında yazıb.
“Lazım gələrsə, Rusiya Suriya xalqına dəstəyini davam etdirəcək, lakin suriyalılar tammiqyaslı vətəndaş müharibəsi ilə təkbaşına mübarizə aparmalı olacaqlar”, - o bildirib.
Kosaçovun sözlərinə görə, Suriyadakı hadisələr hamı üçün faciədir:
“Biz ruslar üçün prioritet vəzifə Suriya, onun suverenliyi və ərazi bütövlüyü naminə orada olan soydaşlarımızın və mülki şəxslərin, o cümlədən diplomatların və onların ailə üzvlərinin, təbii ki, hərbçilərin təhlükəsizliyini təmin etməkdir”.
Kosaçov iddia edib ki, Suriyada ən pisi hələ qarşıdadır:
"Suriya çox çətin hekayədir, bu və ya digər şəkildə, vətəndaş müharibəsi bu gün bitməyəcək, açıq terror qrupları da daxil olmaqla, həddindən artıq çox münaqişə var".
Qeyd edək ki, Dəməşqi ələ keçirərək, Əsəd rejimini devirən “Heyət Təhrir əş-Şam” Rusiyanın tartus və Hmeymim bazalarının qorunmasına təminat verib. /axar.az/
Baxış sayı:133
Bu xəbər 09 Dekabr 2024 00:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















