Suriya xalqının dinc gələcək qurmaq üçün tarixi fürsəti var Qurban Qurbanov
Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Suriya xalqının sabit və dinc gələcək qurmaq üçün tarixi fürsəti var.
Metbuat.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş belə açıqlama verib. O bildirib ki, 14 illik amansız müharibədən və diktatura rejiminin devrilməsindən sonra Suriya xalqının yaxşı gələcək qurmaq üçün əlinə fürsət düşüb. Suriyanın gələcəyini suriyalıların müəyyən etməli olduğunu vurğulayan Quterreşin sözlərinə görə, BMT Suriyada sabitliyin bərqərar olması üçün dəstəyini davam etdirəcək. Quterreş Suriyada nizamlı siyasi keçidi təmin etmək üçün vacib siyasi addımların atılmalı olduğuna diqqət çəkib. O ayrı-seçkilik etmədən bütün suriyalıların hüquqlarını qorumağa çağırıb.
Quterreş vurğulayıb ki, konsulluq və diplomatik obyektlər və orada çalışan personal beynəlxalq hüquqa uyğun olaraq qorunmalıdır. Quterreş siyasi keçid prosesinin əhatəli olması və Suriya xalqının qanuni tələblərinə cavab verməsi üçün beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyac olduğunu qeyd edib.
Baxış sayı:128
Bu xəbər 09 Dekabr 2024 21:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















