Icma.az
close
up
RU
Suriyada bitməyən ədavət və yaxud Əsədin tör töküntüləri NƏ İSTƏYİR? Rəfi Müslümov yazır

Suriyada bitməyən ədavət və yaxud Əsədin tör töküntüləri NƏ İSTƏYİR? Rəfi Müslümov yazır

Icma.az, Yenicag portalına istinadən məlumatı açıqlayır.

14 ilə yaxın davam edən vətəndaş müharibəsindən sonra Suriya yenidən çalxalanır. Ötən gündən etibarən, ölkədəki siyasi və hərbi vəziyyət yenidən gərginləşib. Xüsusilə sahilyanı Latakiya vilayətində Suriya ordusunun və “Heyət Təhrir əş-Şam”ın Əsəd tərəfdarlarına qarşı başlatdığı əməliyyat ölkədə yeni bir güc balansının formalaşması ehtimalını gündəmə gətirir. Yazılanlara görə, son döyüşlərdə 16 təhlükəsizlik zabiti və 28 Əsəd tərəfdarı həyatını itirib. Bu qarşıdurmalar isə daxili çəkişmələrin və xarici güclərin yenidən bölgədəki təsirinin artdığını göstərir.

Hazırda yerli və beynəlxalq mətbuat yazır ki, Suriya ordusu Latakiyada silahlı qruplara qarşı əməliyyata başlayıb. Rəsmi mənbələrə görə, darmadağın olmuş rejimə sadiq qüvvələr təhlükəsizlik qüvvələrinə hücum edərək münaqişəni daha da alovlandırıblar. Hücum zamanı təhlükəsizlik işçiləri və mülki şəxslər hədəfə alınıb. Eyni zamanda, Ceble rayonunda Xmeymim hava limanı və Dəniz Akademiyası yaxınlığında ağır toqquşmaların davam etdiyi barədə məlumatlar gəlib. Suriya ordusunun bölgəyə əlavə qüvvələr və zirehli texnika göndərməsi ilə bağlı isə yerli mətbuat artıq informasiyalar yaymağa başlayıb.

Suriya tarixinə nəzər salsaq, onu görə bilərik ki, Əsəd rejiminin avtoritar idarəçiliyi uzun illər bu ölkədə davam edib. 2011-ci ildə başlayan vətəndaş müharibəsi isə ölkənin siyasi xəritəsini tamamilə dəyişdi. Rejim İran və Rusiyanın dəstəyi ilə hakimiyyətini qoruyub saxlamağa çalışsa da, daxili narazılıqlar, iqtisadi problemlər və müxalif güclərin aktivliyi nəticəsində 1971-ci ildən bəri davam edən Əsəd ailəsinin hakimiyyəti 2024-cü ilin dekabrında Bəşər Əsədin ölkədən Rusiyaya qaçması ilə sona çatdı.

Suriya siyasətinin əsas xüsusiyyətlərindən biri isə hakimiyyətin uzun illər, əsasən, ölkədə azlıq təşkil edən ələvi mənsubları tərəfindən idarə olunmasıdır. Əksəriyyəti sünni olan əhali arasında bu idarəetmə uzun illərdir ki, narazılıq yaradıb. Keçən il Suriyada baş verənlər isə göstərdi ki, dağılan Əsəd rejimi daxilində də sarsıntılar mövcud olub. Hətta HTŞ-nin Hələbi ələ keçirməsindən sonra davam edən döyüşlərdə bəzi hərbi komandirlər mərkəzi hakimiyyətə tabe olmaqdan boyun qaçırmışdılar. Bu da başda HTŞ olmaqla yeni fraksiyaların və müstəqil güc mərkəzlərinin Suriyada yaranmasına səbəb olmuşdu.

Latakiyada baş verən son hadisələr isə Suriyanın yenidən dirçəlməsi və Yaxın Şərqdə silahların durdurulması prosesində iştirak edən xarici güclərin maraqlarına təsir edir. Bu gün Moskva üçün Latakiya strateji əhəmiyyət kəsb edir, çünki burada Rusiya Hərbi Dəniz Qüvvələrinin Tartus bazası və Xmeymim hava bazası yerləşir. Bu səbəbdən, Latakiyada hər hansı sabitsizlik Əsəd rejimin devrilməsindən sonra regionda siyasi rıçaqı zəifləyən Kremlin maraqlarına ikinci ciddi zərbə vura bilər. İran isə rejimin devrilməsinə baxmayaraq, günü bu gün də Suriyada şiə təsirini artırmağa çalışır və bu kontekstdə Latakiyada baş verənlər onsuz da Moskva kimi prosesdə əliboş qalan Tehranın da strateji planlarını pozacaq.

Analitiklər isə deyirlər ki, əgər Latakiyadakı gərginlik genişlənərsə, bu, özünü legitim elan etmiş HTŞ-nin bundan sonra daha da böyük problemlərlə üzləşəcəyinə və ölkədə yeni güc aktorlarının formalaşmasına işarə edəcək. Belə bir ssenarini isə yəqin ki, Əhməd əş-Şaraa hökumətindən kimsə istəməz. Ona görə ki, 14 ilə yaxın davam edən qanlı atışmalardan sonra Latakiya olayları həm regional güclərin, həm də beynəlxalq aktorların Suriya siyasətinə yenidən baxmasına səbəb ola bilər.

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 07 Mart 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri