Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Suriyada böhranın yenidən alovlanması KİMLƏR MARAQLIDIR…

Suriyada böhranın yenidən alovlanması KİMLƏR MARAQLIDIR…

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlərdə Suriyanın şimal-qərbində, əsasən də Tartus, Lazkiya bölgəsində baş verən hadisələr onu göstərir ki, ölkədə hakimiyyət dəyişikliyi baş verməsinə baxmayaraq, ölkənin ərazi bütövlüyünün qorunması və sabitliyin təmin edilməsi sual altındadır. Yaxın Şərqdə və Suriyada maraqlarını təmin etməyə çalışan xarici və regional aktorlar daxildə böhran yaratmaqla niyyətlərinə nail olmaq istəyirlər. Bu məqsədlə də ələvilər, nusayrilər, sünnilər, druzlar, xristianlar arasında nifaq salıb Suriyanı daha da zəiflədərək parçalanmasının geriyədönməz xarakter almasına çalışırlar. Son günlərdə Suriyanın Tartus və Lazkiya bölgəsində baş verənlər də bunun təzahürüdür. 

Suriyanın parçalanmasını daha çox istəyən İsraildir. İsrail həm öz ərazinisi genişlənədirmək istəyir, həm də regionda ona təhdid yaradacaq ölkələrdən özünü müdafiə etmək üçün bufer kiçik ölkələr yaratmaq istəyir. Əsəd rejiminin devrilməsindən sonra İsrail bu planlarını davamlı olaraq həyata keçirir. İsrail Qolan təpələrini və oradakı ən yüksək strateji əhəmiyyətə malik Hermon dağında nəzarəti təmin edərək paytaxt Dəməşq istiqamətində Suriyanın daxilinə doğru irəliləyib. Ərazilərini genişləndirən İsrail bununla paralel olaraq Suriyanın parçalanmasına nail olmaqla bu coğrafiyada gələcək planlarını reallaşdırmaq üçün zəminlər hazırlamağa çalışır. Ona görə də İsrail Suriyanın cənub-qərbindəki druzları, şimal-qərbindəki nusayri və ələvilər, şərqindəki PKK/YPG faktorundan faydalanmağa çalışır. 

İsrail bununla həm də Əsəd rejimin devrilməsindən sonra Türkiyənin Suriyada və Yaxın Şərqdə artmaqda olan mövqeyini əngəlləməyə çalışır. İsrail yaxşı anlayır ki, Suriyanın unitarlığının qorunacağı təqdirdə Yaxın Şərqin ən güclü mövqeyə sahib olan ölkəsi Türkiyə olacaq. Bununla belə, Türkiyə İsrail sərhədinə çıxacaq. Əgər İran zamanında proksi gücləri vasitəsilə İsrailə təhdid yaradırdısa, Türkiyə ilə birbaşa sərhəd olmasını Təl-Əviv özünə ciddi təhdid hesab edir. Ona görə də İsrail Suriyanın parçalanması nəticəsində kiçik dövlətlər hesabına təhlükəsizliyini təmin edəcək kanron bölgələr yaratmağı düşünür.
Türkiyənin Yaxın Şərqdə mövqeyinin möhkəmlənməsi isə İsraillə yanaşı, İran, Rusiya, Qərb və bəzi ərəb ölkələrini narahat edir. 

Suriyada maraqlarını təmin etməyə çalışan ikinci ölkə İrandır. Əsəd rejiminin devrilməsi ilə Suriyadakı mövqelərini itirən Tehran mövqelərini yenidən bərpa etməyə çalışır. Tehran bu niyyətini birbaşa olamasa da, dolayı vasitələrlə dilə gətirir. “Türkiyə” qəzeti cari ilin fevral ayının əvvəlində çap olunan məqaləsində iranlı generalların Suriyadakı yeni rejimi devirmək planından yazıb. Belə ki, İraqın Nəcəf şəhərində SEPAH generallarının təşkil etdiyi toplantıda Əsəd rejiminin yüksək səviyyəli komandirləri də iştirak edib. Nəşr onu da qeyd edib ki, toplantıda çevriliş planının “yol xəritəsi” müəyyənləşdirilib. 

“Yol xəritəsi”in ilk mərhələsində Suriyanın Suveyda, Latakiya, Tartus, Homs, Rakka, Haseke və Deyr əz-Zor bölgələrində dini və etnik zəmində iğtişaş yaratmaq nəzərdə tutulur. Toplantıda PKK-nin da onların planlarının reallaşmasına dəstək verəcəyi qeyd olunub. 

“Digər tərəfdən, Latakiya, Cəbəl Ələviyyun, Sahel və Tartusda 50-dən çox anbarın olduğu və çoxlu kiçik qrupların üsyana hazırlaşdığı bildirilir. Bu prosesə “Hizbullah”ın da dəstək verəcəyi qeyd olunub”, - nəşr yazıb. 

İran bölgədə ititirlmiş mövqelərini bərpa etmək üçün İsrailin hücumları nəticəsində dağılmış proksi gücləri yenidən mütəşəkkil qaydada təşkilatlandırmağa çalışır. Tehran bununla həm ABŞ və İsrail tərəfindən edilən təzyiqlərdən müdafiə olunmağa, həm də bölgədə marağını təmin etmək niyyətindədir. Rusiya da Yaxın Şərqdə həm hərbi mövcudluğunu, həm də maraqlarını təmin etmək üçün Tartus və Lazkiyadakı nusayri, ələvi, xristian və PKK/YPG-dən faydalanmağa çalışır. ABŞ və Avropa da Suriyada maraqlarını təmin etmək üçün Suriyadakı böhrandan faydalanmağa çalışır. Təbii ki, Ankara da Əsəd rejimindən sonra Suriyada əldə etdiyi təsir imkanlarını genişləndirmək və mövqelərinin möhkəmlənmək niyyətindədir. Ərəb ölkələri, xüsusən də Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirliyi, Misir bu proseslərdən öz maraqlarını təmin etmək üçün savaşırlar.

Türkiyə, Avropa Birliyi, bir çox ərəb ölkələri Suriyanın unitarlığında maraqlıdır. Suriyanın parçalanması Yaxın Şərq coğrafiyasını yeni böhranlara və idarəolunmaz xaosa sürükləyə bilər. 

Mürtəza
Ölkə.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:306
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Mart 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see505

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see477

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see286

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see267

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see260

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see259

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see250

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see248

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see247

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see243

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see238

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see226

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see225

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see216

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see214

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see203

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see200

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see197

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri