Icma.az
close
up
RU
“Könüllülük dövlətlə cəmiyyət arasında körpü rolunu oynayır” Partiya sədri

“Könüllülük dövlətlə cəmiyyət arasında körpü rolunu oynayır” Partiya sədri

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Beynəlxalq Könüllülər Günü münasibətilə Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvinin gənclərlə geniş tərkibli görüşü keçirilib. Tədbirdə müxtəlif universitetlərin tələbələri, ictimai-siyasi aktiv gənclər, könüllü hərəkatının üzvləri və partiya nümayəndələri iştirak ediblər.

“Yeni Sabah” xəbər verir ki, Adəm İsmayıl Bakuvi çıxışında ölkədə könüllülük hərəkatının dönüş nöqtəsi olan “ASAN xidmət” modelinin yaranmasını və Prezident İlham Əliyevin bu sahəyə verdiyi dəstəyi xüsusi vurğulayıb. Könüllülük hərəkatı XX əsrin ortalarında dünyada sürətlə yayılmağa başlasa da, Azərbaycanda bu institut müstəqillikdən sonra yeni ideoloji çalar qazanıb. O xatırladıb ki, Azərbaycanda könüllülük fəaliyyətinin hüquqi əsasları 2009-cu ildə qəbul edilən “Könüllülük fəaliyyəti haqqında” Qanunla rəsmiləşib və bu addım ölkədə vətəndaş cəmiyyəti ənənələrinin genişlənməsinə möhkəm hüquqi-dövlətçilik təməli yaradıb:

“Ölkədə könüllülüyün sistemli hərəkat kimi formalaşması məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən idarəetmə modelində özünə geniş yer alıb. “ASAN xidmət”in yaradılması təkcə xidmət sektorunda inqilab deyil, həm də könüllülük mədəniyyətinin dövlət səviyyəsində inkişafına verilən ən böyük dəstək olub.  

Sədr Adəm İsmayıl Bakuvi qeyd edib ki, dövlət səviyyəsində göstərilən dəstək sayəsində “ASAN Könüllüləri” ölkənin ən böyük və ən güclü könüllü təşkilatına çevrilib: “Bu gün on minlərlə gənc ASAN modelində dövlətə xidmət etməyi öyrənir və əsl vətəndaş məsuliyyətinə sahib olur. Cənab Prezidentin gənclərə göstərdiyi xüsusi diqqət və etimad könüllülük mədəniyyətinin təməlinə çevrilib”.

Könüllülük – təkcə insanlara yardım deyil

Görüş zamanı nazirliklərin və digər dövlət qurumlarının nəzdində fəaliyyət göstərən könüllü proqramlarının da dövlətçilik baxımından əhəmiyyətindən söz açılıb. Adəm İsmayıl Bakuvi bildirib ki, müxtəlif nazirliklərdə könüllülər dövlət siyasətinin daha çevik icrasına, ictimai xidmətlərin əlçatanlığının artırılmasına, maarifləndirici kampaniyaların həyata keçirilməsinə, həmçinin sosial dövlət modelinin möhkəmlənməsinə mühüm töhfə verir. O qeyd edib: “Könüllülük təkcə insanlara yardım etmək deyil, həm də dövlət institutlarının fəaliyyətinə ictimai dəstək mədəniyyətinin güclənməsidir. Bu hərəkat dövlətlə cəmiyyət arasında körpü rolunu oynayır.”

Görüşün vacib mövzularından biri siyasi partiyalarda könüllülük institutunun formalaşması olub. Vəhdət Partiyasının sədri vurğulayıb ki, siyasi könüllülük demokratik dəyərlərin təşviqi, sağlam siyasi mədəniyyətin formalaşması və gənclərin ideoloji proseslərə könüllü şəkildə cəlb edilməsi baxımından mühüm rol oynayır. “Siyasi könüllü olmaq gəncin hökmən partiya üzvü olması demək deyil. Bu, onun ideyasına, prinsiplərinə könüllü dəstək verməsidir. Bu proses yeni siyasi düşüncə yaradır və gələcəyin liderlərinin yetişməsi üçün zəmin hazırlayır,” – deyə o bildirib.

“Könüllülük – cəmiyyətdə sosial məsuliyyət mədəniyyətini formalaşdırır”

Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi könüllülüyün ailə institutundakı rolundan da danışıb. Onun sözlərinə görə, ailədə paylaşma, yardımlaşma, bir-birinə könüllü dəstək göstərmə kimi davranışlar cəmiyyətdə sosial məsuliyyət mədəniyyətinin formalaşmasına təsir göstərir. O əlavə edib ki, gənc nəslin həm ailədə, həm də cəmiyyətdə bu dəyərlərlə böyüməsi Azərbaycanın gələcək sosial modelinin möhkəm təməllərini qurur.

Görüşün interaktiv hissəsində gənclər geniş müzakirələr apararaq müxtəlif suallar səsləndiriblər. Onları xüsusilə könüllülük fəaliyyəti üçün regionlarda yeni təşəbbüslərin yaradılması, könüllülərin fəaliyyətinin stimullaşdırılması, siyasi könüllülüyün hüquqi çərçivəsi və ASAN könüllülərinin xarici ölkələrdə həyata keçirdiyi layihələr maraqlandırıb.

Gənclər həmçinin siyasi partiyaların gənclərlə kommunikasiya modelləri və partiya daxilində yeni könüllü təşəbbüslərinin yaradılması ilə bağlı müxtəlif təkliflər səsləndiriblər. Partiya sədri Adəm İsmayıl Bakuvi bütün suallara ətraflı cavablandıraraq Azərbaycan gəncliyinin bu gün dövlətin ən böyük intellektual və sosial resursu olduğunu qeyd edib: “Könüllü fəaliyyəti isə ölkəmizin inkişaf strategiyasının ayrılmaz tərkib hissəsidir. Bu istiqamətdə fəal olan gənclər Azərbaycanın dövlətçilik dayaqlarından biridir və onların sosial məsuliyyət hissi ölkənin inkişaf strategiyasının ayrılmaz hissəsidir”.

Görüş qarşıdakı dövrdə birgə fəaliyyət və könüllülük təşəbbüslərinin genişləndirilməsi barədə razılaşma ilə tamamlanıb. Bir daha vurğulanıb ki, Vəhdət Partiyası cəmiyyətin gələcəyi olan gənclərin hər sahədə inkişafına dəstək verməkdə davam edəcək.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 08 Dekabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri