Suriyada druzlara qarşı vəhşilik edənlər saxlanıldı
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Suriyanın Əs-Suveyda əyalətində iyul ayında əsasən druzların yaşadığı ərazilərdə mülki şəxslərə qarşı cinayət törətməkdə şübhəli bilinən müdafiə və daxili işlər nazirliklərinin əməkdaşları saxlanılıb və sorğu-sual edilib.
Axar.az “Röyters”ə istinadən xəbər verir ki, zorakılıqları araşdırmaq üçün müvafiq komissiya təyin edilib.
Təşkilatın sözçüsü Əmmar İzzəddin mediaya bildirib ki, daxili işlər və müdafiə nazirlikləri əməkdaşları zorakılıqda şübhəli bilinərək dindirilib və ədliyyə orqanlarına göndəriliblər.
İzzəddin neçə məmurun saxlanıldığını söyləməyib.
Qeyd edək ki, Əs-Suveydada baş verən qarşıdurmalarda yüzlərlə insan həlak olub.

Suriyada Əsəd tərəfdarları saxlanıldı
27 Mart 2025 01:51
Fəxri Dərviş Suriyada saxlanıldı
29 Dekabr 2024 16:47
Suriyada Əsədin 4 tərəfdarı saxlanıldı
10 Mart 2025 07:40
Suriyada İran casusu saxlanıldı Anbaan video
04 Noyabr 2024 17:59
Bəşər Əsədin yaxın qohumu Suriyada saxlanıldı
31 Yanvar 2025 19:17

