Suriyada Əsədə qarşı hərbi çevriliş iddiaları! Dəməşqdə qızğın qarşıdurma AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Suriya son illərin ən aktiv saatlarını yaşayır. Hələb və İdlib vilayətlərindən sonra rejim əleyhinə qruplar bölgədə irəliləyişlərini davam etdirərkən, Dəməşqdən də qarşıdurma xəbərləri gəlir. Dəməşqdə Əsədə qarşı çevriliş cəhdinin başladığı və qarşıdurmaların davam etdiyi iddia edilib.
"AzPolitika" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumatda bildirilir ki, 4 gündür Əsəd rejimi qüvvələri ilə qarşıdurmada olan rejim əleyhdarı qruplar ölkədə irəliləməyə davam edir. Hələb şəhər mərkəzinin böyük hissəsini və bütün İdlib vilayətini rejim güclərindən geri alan silahlı qruplar İdlibin cənubunda rejimin nəzarətindəki Həma vilayətinə doğru irəliləyir.
Axşam saatlarında İdlibin Xan Şeyxun bölgəsini ələ keçirən qruplar irəliləyərək Həmanın şimalındakı Taybetul İmam, Keferzeyte, Keferenbude, Hilfeye, Kaletmadik, Latamine, Soran, Kirnez, Mardes, Hammaiyet və Termele qəsəbələrini ələ keçirib.
Silahlı qruplar M5 magistral yolu üzərində Həmanın ən əhəmiyyətli bölgələrindən olan Morik rayonunu da rejim güclərinin əlindən alınıb.
"AzPolitika. info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 30 Noyabr 2024 23:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















