Icma.az
close
up
RU
Suriyada Əsəd tərəfdarları yeni hökumətə qarşı üsyana qalxıb

Suriyada Əsəd tərəfdarları yeni hökumətə qarşı üsyana qalxıb

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Suriyada ələvilərin (Bəşər Əsəd tərəfdarları) ölkənin yeni hökumətinə qarşı kütləvi üsyanı baş verib.
Modern.az xəbər verir ki, kütləvi informasiya vasitələrinin məlumatına görə, Latakiyada və regionun digər mühüm nöqtələrində ələvilərlə toqquşmalar baş verib.
“Latakiyada hökumət qüvvələri ilə Bəşər Əsəd hökumətinin dayağı olan Ələvi qüvvələri arasında şiddətli toqquşmalar gedir. Əsədin ailəsinin mənşəyi olduğu Cəbla bölgəsində azı 13 hökumət əsgəri öldürülüb", - Reuters xəbər yayıb.
Məlumata görə, ələvilərin üsyanı yeni hökumətin əsgərlərinin Latakiyadakı kəndlərdən birində təmizləmə əməliyyatı keçirməyə cəhd etdikdən sonra başlayıb.

Ələvi üsyançıları hücumları dəf edib və yeni hökumətin ordusunu tutduqları şəhərlərdən qovub, xeyli əsgər öldürüblər.
Yeni hökumət bölgəyə nəzarəti bərpa etmək üçün artıq Hələb, Həma və Dəməşqdən əlavə qüvvələr göndərib.
“Əl-Ərəbiyyə” xəbər verir ki, Suriya təhlükəsizlik qüvvələri Cəblaya əlavə qüvvələr göndərib, şəhərin bir neçə bölgəsində qarşıdurmalar davam edir.

Suriya təhlükəsizlik qüvvələri cümə günü Latakiya və Tartusda keçmiş rejimin qalıqlarını təmizləmək üçün genişmiqyaslı əməliyyatlara başladığını bildirib.

Suriya qoşunları Tartus və Latakiya əyalətlərinin mərkəzinə nəzarəti ələ keçirib.

Cəblanın bir sıra ərazilərində qarşıdurmalar hələ də davam edir.

Suriyada Əsəd tərəfdarlarına qarşı hazırkı təhlükəsizlik əməliyyatı ən böyük əməliyyatdır.

Suriyanın yeni hökuməti 2024-cü ilin dekabrında silahlı müxalifətin genişmiqyaslı hücumundan sonra hakimiyyətə gəlib. Nəticədə prezident Bəşər Əsəd istefa verib və ölkəni tərk edərək Rusiyaya sığınıb.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Mart 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri