Icma.az
close
up
RU
Suriyada hələ heç nə həll olunmayıb Professor

Suriyada hələ heç nə həll olunmayıb Professor

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Əsas məsələ keçid hökumətinin mövqeyindən asılı olacaq

Qərbin PKK terrorçularını dəstəkləməsi, onlara Suriyada meydan verməsi Türkiyə üçün ciddi problemdir

Keçid dövründən sonra Suriyanın yeni hökuməti ölkənin şimalında tətbiq edilən Türkiyə modeli əsasında təşkil oluna bilər. “Türkiyə” qəzeti hökumət və hakim Ədalət və İnkişaf Partiyasındakı (AKP) mənbələrə istinadla yazıb ki, yeni dövrdə Suriyada hökumət Türkiyənin dəstəklədiyi milli qüvvələrdə olacaq. Qeyd olunub ki, Ankara şimalda yaradılmış təhlükəsiz zonanı idarə edən administrasiyasını hərbi və inzibati baxımdan hazırlayıb. Beş milyon insanın yaşadığı bölgə Türkiyənin təşəbbüsləri əsasında idarə olunacaq. Hətta vurğulanır ki, idarəetmə bələdiyyə xidmətlərindən orduya, polisə, təhsil müəssisələrinə və digər dövlət qurumlarına qədər formalaşdırılıb. Nəşrin məlumatına görə, hazırda Türkiyə ilə sıx əlaqələri olan 10 milyona yaxın suriyalı var, onlardan 5 milyonu təhlükəsiz zonada yaşayır. 1.5 milyonu Türkiyə vasitəsilə Avropaya keçib, 3 milyonu isə Türkiyə ərazisindədir. Onların ən azı 5 milyonu türkcə danışır ki, bunun da Türkiyə üçün əhəmiyyətli bir rəqəm olduğu qeyd edilir. Yəni Ankara Suriyada bütün baxışların təmsil olunacağı bir quruluş və bütün seqmentlərin yüksək səviyyədə təmsil olunacağı bir sistem yarada bilər. Xatırladaq ki, Bəşər Əsədin devrilməsindən sonra Suriyada keçid hökuməti qurulub. Müvəqqəti hökumətin Baş naziri Məhəmməd əl-Bəşir təyin edilib. Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalın da Suriyanın paytaxtı Dəməşqdədir. Kalın Suriya hökumətinin nümayəndələri ilə görüşlər keçirir. Ümumən, vurğulanır ki, silahlı müxalif qruplaşmanın Əsəd rejimini devirməsindən sonra Türkiyənin Suriyada, ümumən Yaxın Şərqdəki mövqeləri daha da güclənib. Xüsusən, İran və Rusiya hərbçilərinin Suriyanı tərk etməsi Ankaranı bölgədə əsas oyunçulardan birinə çevirib. 

 

Türkiyənin Ərciyəs Universitetinin professoru, alim Qafar Çaxmaqlı "Sherg.az"a açıqlamasında deyib ki, Əsəd rejiminin devrilməsi və bölgədə gedən proseslər Türkiyənin apardığı siyasətə uyğun şəkildə davam edir. Professor vurğulayıb ki, Türkiyə hər zaman Suriyanın ərazi bütövlüyünü dəstəkləyib: 

"Türkiyə Suriyanın unitar qurluşunun dəyişdirilməməsi siyasətini həyata keçirib və buna kəskin qarşı çıxıb. Əsəd rejiminin devrilməsindən sonra da Ankaranın siyasəti ondan ibarətdir ki, Suriyanın sərhədləri dəyişdirilməsin, ölkə parçalanmasın. Ən əsası da Suriyada PKK, YPG kimi terrorçu qruplaşmaların yayılması, əl-qol açması qeyri-mümkün olsun. Hazırda görünən odur ki, Əsədin devrilməsindən sonra Suriyadakı fərqli silahlı qruplaşmalara, xüsusən ABŞ-nin dəstəklədiyi PKK, YPG terrorçularına yardım davam etməkdədir. Vaşinqton bəyan edib ki, Suriyadan çıxmaq niyyəti yoxdur. Digər aktorlar - İran və Rusiyanın təsir gücü xeyli azalıb. İran İsraillə qarşıdurma halındadır və əsas imkanlarını İsraillə mübarizəyə yönəldib. Rusiya da Ukrayna ilə müharibə apardığı üçün başı qarışıqdır. Ona görə də yaxın dönəmdə Rusiya və İranın Yaxın Şərqlə bağlı fəal siyasətinin şahidi olmayacağıq. Hələlik fəallıq göstərən ABŞ və İsraildir". 


Alimin fikrincə, Qərbin PKK terrorçularını dəstəkləməsi, onlara Suriyada meydan verməsi Türkiyə üçün ciddi problemdir: 

"Ancaq Türkiyə qərarlı şəkildə terrorçu qruplaşmalarına son qoyacağını, onların fəaliyyətinə imkan verməyəcəyini vurğulayır. Suriya Milli Ordusu da Türkiyəyə yaxın ərazilərdə PKK-nın məhv edilməsi siyasətini müdafiə edir və bu istiqamətdə mübarizə aparır. Artıq Menbiçdə PKK və YPG terrorçularına ağır zərbələr vurulub. Fərat çayının sağ sahili PKK-çılardan təmizlənib. Digər bölgələr də tezliklə terrorçulardan təmizlənəcək. Əsas məsələ Suriyadakı keçid hökumətinin mövqeyindən asılı olacaq. Bir müddət sonra proseslər daha aydın formada cərəyan edəcək. Türkiyədən suriyalı qaçqınların köçü başlayıb. Hər gün xeyli suriyalı qaçqın öz vətəninə geri dönməkdədir. Bu da Türkiyənin əlini gücləndirən amildir. Demək olar ki, Türkiyənin önəmli problemlərindən biri də həll olunmaq üzrədir. Ümumən, söyləmək lazımdır ki, Türkiyənin Yaxın Şərqdə mövqeyi, nüfuzu, təsir imkanları daha da artıb. Türkiyə həm regional, həm də qlobal siyasətdə aktiv şəkildə rol oynamaqdadır. Ankara qarşısına qoyduğu hədəflərə qətiyyətlə və böyük iradə göstərməklə nail olmaqdadır. Suriyada baş verənlər Türkiyənin lehinə oldu". 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Dekabr 2024 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see463

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see439

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see374

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see222

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see218

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see205

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see203

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see196

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see181

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see178

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see177

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see175

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see175

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see173

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see173

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see166

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see166

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see165

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see165

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri