Icma.az
close
up
RU
Suriyada münaqişənin alovlanmasını Ukrayna ilə NƏ BAĞLAYIR? TƏHLİL

Suriyada münaqişənin alovlanmasını Ukrayna ilə NƏ BAĞLAYIR? TƏHLİL

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

ABŞ Yaxın Şərqdə yeni müharibəni körükləyir. İsrail-Fələstin və Ukrayna-Rusiya münaqişələrində istədiyinə nail ola bilməyən rəsmi Vaşinqton kartları bu dəfə Suriyada dağıdır.
Hədəfsə ilkin mərhələdə Rusiyadır. Postsovet məkanında Rusiyaya qarşı ikinci cəbhəni aça bilməyən Ağ Ev Yaxın Şərqdə yeni planlar qurur.
ABŞ Suriyada hansı planlar qurur?
Təsadüfi deyil ki, ABŞ-ın bədnam niiyyətini amerikalılar özləri də etiraf edir. Belə ki, ötən gün “The New York Times” bir məqalə dərc edilib. Həmin məqalədə Suriya Fövqəladə Hallar üzrə İşçi Qrupunun (Amerika humanitar təşkilatı) icraçı direktoru Muaz Mustafaya istinadən deyilir ki, Suriyada terrorçular Rusiyaya qarşı hərəkət və fəaliyyətlərini Ukrayna ilə əlaqələndirirlər. 
“Ərəb respublikasındakı üsyançılar ilə Ukrayna arasında Rusiyaya qarşı çıxmaq və tibbi yardımlar kimi məsələlərdə koordinasiya var. Onların öz hərəkətlərini əlaqələndirmələri təbiidir".
O, həmçinin bildirib ki, Ukraynaya kömək etmək istəyən üsyançılar “ümumi düşmən" olan Rusiya Federasiyasına zərbə endirmək üçün Suriyada hücuma keçirlər.
Nəzərə alaq ki, ötən həftə daha bir Qərb nəşri yazmışdı ki, üsyankar “Təhrir əş-Şam” qruplaşmasının hədəfi Bəşər Əsəd rejimi deyil.
“Associated Press” açıq şəkildə yazıb ki, Suriyada vəziyyətin gərginləşməsi Yaxın Şərqdə daha bir müharibə zonasının yaranmasına yol aça bilər:
“Bu, vəziyyət öz maraqları olan Rusiya və Türkiyəni birbaşa, şiddətli münaqişəyə cəlb etmək riski daşıyır”.
Göründüyü kimi, Suriyada terror quruplaşmalarının yenidən fəallaşmasının konkret hədəfi var.
İlkin mərhələdə hədəf Rusiyadır.
Çünki Rusiyanın Ukrayna cəbhəsində imkanlarını məhdudlaşdırmaq üçün Suriyada ikinci cəbhənin açılması ABŞ və Avropa İttifaqına yeni bir nəfəslik ola bilər. Qərb ekspertləri hesab edir ki, Suriyada münaqişənin qızışması hesabına Rusiya bu ölkəyə daha böyük ordu göndərə bilər. Nəticədə, Ukraynadakı cəbhədə güc balansı dəyişər. Beləliklə, rəsmi Kiyevin müəyyən dərəcədə hərbi üstünlüyünü təmin edilmiş olar.
Bu arada Rusiyanın Suriyadakı hərbi qüvvələrinin komandanı general Sergey Kisel vəzifəsindən uzaqlaşdırılıb. Bu qərar Suriyada üsyançı müxalif qüvvələrin 3 gün davam edən uğurlu hücumlarından sonra verilib. Hücumlar nəticəsində Rusiyanın hərbi qüvvələri ciddi itkilər verib və bəzi bölmələr mühasirəyə düşüb. Hazırda yüzlərlə rusiyalı döyüşçünün itkin düşdüyü bildirilir.
Maraqlıdır ki, Rusiyanın Suriyadakı qüvvələrinin komandanı, general-leytenant Sergey Kiseli vəzifəsindən uzaqlaşdıran Putin onun yerinə general Aleksandr Çaykonu təyin edib. General Çayko 2017-ci ildən 2020-ci ilə qədər Rusiyanın Suriyadakı qüvvələrinin komandanı olub.
Çayko Türkiyə ordusunun 33 əsgərinin öldürülməsində əsas məsuliyyətli şəxsdir. 2020-ci ilin 27 fevralında Rusiya qüvvələrinin İdlibin Balyun şəhərinə 33 türk əsgərinin şəhid olması ilə nəticələnən hava hücumuna məhz bu generalın rəhbərlik etdiyi haqda məlumatlar var. Ukrayna cəbhəsində döyüşən Çaykonun yenidən Suriyaya göndərilməsi Rusiyanın bu ölkədəki mövqelərinin ciddi zərbə alma ehtimalını gücləndirir.
ABŞ-ın ikinci hədəfi nədir?
Vaşinqton Suriyada münaqişəni qızışdırmaqla təkcə Rusiyanı hədəfə almır, həm də Türkiyəni zor gücünə münaqişə tərəfi etmək istəyir.
Nəzərə alaq ki, son zamanlar Türkiyə İraq və Suriyada  terrorçulara qarşı uğurlu əməliyyatlar keçirir. Nəticədə, YPG və PKK terror qruplaşmaları böyük ölçüdə zəifləyib.
Bu isə ABŞ-ı qətiyyən məmnun edə bilməz. Ona görə də Vaşinqton həm terror qruplaşmalarına dəstək vermək, həm də Türkiyənin bölgədəki üstünlüyünü zəiflətmək üçün Suriyada müharibəni yenidən alovlandırdı.
Məlum olduğu kimi yanvarın 20-də Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın inaqurasiya mərasimi baş tutacaq. Nə təsadüfdürsə 4 illik fasilədən sonra Ağ Evə qayıtmağa hazırlaşan Tramp və adminstrasiyası bu mötəbər mərasimə dünya ölkələrinin liderləri ilə yanaşı terror təşkilatları YPG və PKK-nın Suriya qanadının rəhbəri Məzlum Kobani və İlham Əhmədi də dəvət edib.
Bu fakt sübut edir ki, ABŞ Türkiyəni yeni müharibəyə cəlb etmək istəyir.
Planın ilk mərhələsi Türkiyəni terror qruplaşmaları ilə üz-üzə qoymaqdır. Sonrakı mərhələdə isə Türkiyəni Rusiyanın Suriya üzərində hərbi toqquşmasına nail olmaqdır. Bu yolla ABŞ Türkiyəni və Rusiyanı yeni müharibənin ağuşuna atmaq istəyir.
 

Rusiya və Türkiyə hələki təmkinlidir
Məlum olduğu kimi dekabrın 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb. Onlar Suriyadakı vəziyyəti müzakirə ediblər.


Ərdoğan qeyd edib ki, Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. Telefon danışığı zamanı Türkiyə-Rusiya ikitərəfli əlaqələri ilə yanaşı, qlobal və regional məsələlər də müzakirə edilib.
Göründüyü kimi həm Rusiya, həm də Türkiyə Suriya məsələsinə təmkinlə yanaşır və hətta zəruri məsləhətləşmələr aparır. Bu da müəyyən mənada ABŞ-ın planlarını pozur.
Proseslərin nə ilə yekunlaşacağını isə zaman göstərəcək.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Dekabr 2024 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri