Icma.az
close
up
RU
Suriyada rejim devrildi Qadağalar aradan qalxdı

Suriyada rejim devrildi Qadağalar aradan qalxdı

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Suriyada uzun illər ərzində Əsəd rejimi tərəfindən tətbiq olunan senzura səbəbindən çapına icazə verilməyən İslami əsərlər, fəlsəfə və digər sahələrə aid kitablar artıq yenidən nəşr olunur.

Hurriyyet.az xəbər verir ki, rejim öz ideologiyasına zidd fikirlərin yayılmasının qarşısını almaq üçün bir çox kitabın çapını qadağan etmişdi. Lakin hakimiyyətin süqutu ilə ölkə vətəndaşları uzun müddət yasaqlı qalan əsərlərə yenidən çıxış əldə ediblər.

Kitabevi sahibləri illərlə davam edən qadağalar və repressiyalarla bağlı yaşadıqlarını bölüşüblər. Kitabevi sahibi Əbdürrəhman əl-Suruci bildirib ki, rejim insanlara ciddi təzyiqlər göstərirdi:

"Biz Baas Partiyasının idarəsi altında çox əziyyət çəkdik. Kitabevləri daim nəzarət altında idi, biz isə daima izlənirdik. Çap etdiyimiz kitablar səbəbilə dəfələrlə polis bölməsinə aparılmışıq. İbn Qayyim əl-Cövziyyə və İbn Teymiyyə kimi alimlərin əsərləri qadağan olunmuşdu. Rejim Şamın elmi və dini kimliyini silmək üçün bu alimlərin kitablarını yasaqlamışdı. Əksinə, dəyəri olmayan kitabları dəstəkləyirdilər. Qadağa əsasən din, əxlaq və fəlsəfə mövzusunda yazılan əsərlərə şamil edilirdi. Onlar elmə və alimlərə düşmən idilər.”

Adının açıqlanmasını istəməyən "Firdevs" Kitabevinin sahibi isə rejimin elmə və dinə qarşı olduğunu vurğulayıb:

"Firdevs" Kitabevi 1920-ci ildə qurulub. Rejim elmə, alimlərə və dinə qarşı mübarizə aparırdı. İslam əxlaqı və dini mövzulara aid kitablar tamamilə qadağan olunmuşdu. Biz birbaşa həbs olunmasaq da, daim polis idarələrinə çağırılırdıq. Bir dəfə çap etdiyimiz kitab səbəbilə həbs olunmaq təhlükəsi ilə üzləşmişdik. Lakin təsadüfən həmin kitabın Əsədin şəxsi kitabxanasında da olduğu ortaya çıxdı və bu, bizi həbsdən xilas etdi.”

Uzun illər qadağan edilən əsərlərin yenidən çap olunması, Suriyada fikir azadlığının bərpası istiqamətində mühüm addımlardan biri kimi qiymətləndirilir.

Yenisabah.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 Fevral 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri