Icma.az
close
up
RU
Suriyada Rusiyaya daha bir zərbə: Kreml “Kildin” insidentini gizləyir

Suriyada Rusiyaya daha bir zərbə: Kreml “Kildin” insidentini gizləyir

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş

Yanvarın 23-də Rusiyanın “Kildin” kəşfiyyat gəmisi Suriya sahillərində ciddi fövqəladə vəziyyətlə qarşılaşıb: gəmidə yanğın baş verib və gəmi idarəetməni itirib. Bu barədə “Associated Press” (AP) agentliyi ekipajın başqa bir gəmi ilə söhbətlərinin audio yazısını, həmçinin gəminin üzərində qara tüstü göstərən foto və videoları əldə edib.

AP yazıb ki, bu materiallar hadisə zamanı yaxınlıqda olan NATO ölkələrindən birinin hərbçiləri tərəfindən təqdim edilib. Bununla belə, Rusiya hakimiyyəti Qara Dəniz Donanmasının kəşfiyyat gəmisinin göyərtəsində hər hansı problem yaranması barədə hadisə baş verən vaxt məlumat verməyib.

Agentliyin məlumatına görə, “Kildin” ekipajı NATO gəmisinin yardım təklifindən imtina edib. AP mənbələri vurğulayıb ki, insident zamanı Rusiya gəmisi NATO üzvü olan Türkiyə Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş.

Gəmidəki yanğının səbəbi hələ də məlum deyil. Bildirilir ki, ekipaj dörd saat ərzində yanğınla mübarizə aparıb və hətta xilasedici qayıqlarda təxliyyə etməyə hazırlaşıb. Lakin sonda yanğın söndürülüb.

AP tərəfindən yayımlanan audioyazıdakı söhbətlərdə “Kildin”in ekipaj üzvü gəminin sürükləndiyini və idarəetmədən çıxdığını söyləyir. Bununla əlaqədar olaraq gəmi “Milla Moon” (Toqo bayrağı) quru yük gəmisindən toqquşmanın qarşısını almaq üçün istiqamətini dəyişməyi xahiş edib. Gəmi bu tələbi yerinə yetirib.

Agentliyin mənbələrinin məlumatına görə, ekipaj sonda gəmiyə nəzarəti bərpa edib və “Kildin” hazırda Suriyanın Tartus limanı yaxınlığındadır və kəşfiyyat missiyalarını davam etdirir. Onu adı açıqlanmayan freqat və təchizat gəmisi müşayiət edir.

Kremlin sözçüsü Dmitri Peskov AP-yə bildirib ki, hadisə ilə bağlı məlumatı yoxdur və hadisə zamanı gəminin nə işlə məşğul olduğunu açıqlamayıb. O, həmçinin vurğulayıb ki, “Rusiya Hərbi Dəniz Qüvvələrinin vəziyyəti ilə bağlı bir məsələyə əsaslanaraq nəticə çıxarmaq olmaz”.

Rusiya Müdafiə Nazirliyi hələlik vəziyyətlə bağlı hər hansı rəsmi şərh verməyib.

Əvvəllər Fransanın Ali Hərbi Araşdırmalar Mərkəzinə rəhbərlik etmiş Fransa Hərbi Dəniz Qüvvələrinin istefada olan vitse-admiralı Mişel Olhaqaray deyib ki, “Kildin”lə bağlı hadisə Rusiyanın Aralıq dənizində dəniz qüvvələrini saxlamaqda üzləşdiyi logistik çətinlikləri göstərir. O xatırladıb ki, Türkiyə Montrö Konvensiyasının şərtlərinə uyğun olaraq Ukraynadakı müharibə ilə əlaqədar Bosfor boğazından hərbi gəmilərə keçidi bağladığından, Moskva artıq bölgədə patrul xidməti aparmaq üçün Qara Dəniz Donanmasının gəmilərindən istifadə edə bilməz.

"Rusiya donanmasına, xüsusən də Aralıq dənizində xidmət etmək olduqca çətindir", deyə Olhaqaray vurğulayıb.

Bundan əvvəl Böyük Britaniyanın müdafiə naziri Con Healey Rusiyanın “Yantar” kəşfiyyat gəmisi ilə bağlı digər insidentlər barədə məlumat vermişdi. Onun sözlərinə görə, son aylar ərzində “Yantar” iki dəfə Britaniyanın ərazi sularına daxil olub, nəticədə Britaniya hərbçiləri onu izləmək üçün Kral Hərbi Dəniz Qüvvələrinin gəmilərini, təyyarələrini və sualtı qayıqlarını səfərbər edib. Sonuncu belə hadisə yanvarın 20-də, “Yantar” Böyük Britaniya sahillərinə 45 mil məsafədə yaxınlaşanda baş verib. 2024-cü ilin noyabrında eyni gəmi Böyük Britaniyada kritik sualtı infrastrukturun yaxınlığında görünüb və bu, Britaniya ordusunu xəbərdarlıq olaraq sualtı qayığın üzərinə çıxmağa sövq edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://ayna.az
archiveBu xəbər 08 Fevral 2025 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see714

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see350

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see349

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see318

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see306

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see302

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see283

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see281

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see269

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see259

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see236

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see236

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see224

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see223

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see219

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see217

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see202

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri