Icma.az
close
up
RU
Suriyada son hadisələri araşdıracaq komitə yaradıldı

Suriyada son hadisələri araşdıracaq komitə yaradıldı

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şəraa Ələvilərlə baş verən toqquşmaları araşdırmaq üçün komitələr yaradıb.

Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şəraa devrilmiş prezident Bəşər Əsədə sadiq ələvilərlə təhlükəsizlik qüvvələri arasında son zorakılıq dalğasını araşdırmaq üçün komitə yaradıb.

Bakupost.az xəbər verir ki, bu barədə Euronews bildirib.

Bəşər Əsədə sadiq silahlı şəxslərin Suriya təhlükəsizlik patruluna pusqu qurması, dörd gün ərzində 1000 -dən çox insanın ölümünə səbəb olan toqquşmalara yol açıb.

Cümə axşamı Latakiya liman şəhəri yaxınlığında baş verən hücum Suriya vətəndaş müharibəsinin 13 illik yaralarını yenidən açıb. İslamçı Heyət "Təhrir əl-Şam" və ya HTŞ qruplaşmasının başçılıq etdiyi üsyançıların Əsədi devirdiyi dekabrdan bəri bu, Suriyanın ən ciddi zorakılıq akt olub.

Əsasən ələvilərin yaşadığı sahilyanı bölgədə Əsəd tərəfdarlarına qarşı aparılan əks-hücum bir neçə şəhər və qəsəbədə xaosa səbəb olub. Hüquq müdafiə təşkilatları sünni yaraqlıların azlıqda olan bu dini təriqətə qarşı intiqam hücumları törətdiyini və onlarla insanın qətlə yetirildiyini bildirib.

Pusqu zamanı Ələvi silahlıları hökumətin təhlükəsizlik qüvvələrini məğlub edərək Əsədin doğma şəhəri olan Qardahanı ələ keçiriblər. Dəməşq isə bölgəyə təcili əlavə qüvvələr göndərməyə çalışıb.

Müdafiə Nazirliyinin sözçüsü, polkovnik Həsən Əbdül-Qani bazar günü bildirib ki, təhlükəsizlik qüvvələri bölgədə nəzarəti bərpa edib və güclənən üsyanın liderlərini izləməyə davam edəcək.

Lakin hakimiyyət orqanlarının məzhəblərarası təhriklərə son qoymaq çağırışlarına baxmayaraq, toqquşmalar ölümcül xarakter alıb və çoxlu mülki vətəndaş həlak olub.

Ölənlərin əksəriyyətinin, Latakiya və Tartus şəhərləri də daxil olmaqla, sahilyanı əyalətlərdə yaşayan Ələvi icmasının üzvləri olduğu bildirilir. Hüquq müdafiə təşkilatları yüzlərlə mülki şəxsin öldüyünü təxmin edir.

Suriya İnsan Haqları Müşahidə Təşkilatının məlumatına görə, 745 mülki şəxs atışmalar nəticəsində həlak olub. Bundan əlavə, 125 təhlükəsizlik işçisi və Əsədə bağlı silahlı qruplardan 148 döyüşçü öldürülüb.

Suriyanın yeni müvəqqəti hökuməti sünni islamçıların idarəçiliyi altındadır. Müvəqqəti prezident, keçmiş HTŞ lideri Əhməd əl-Şəraa, Suriyanın ədalətli seçkilər yolu ilə dini və etnik müxtəlifliyi əhatə edən bir sistemə keçəcəyini vəd edib. Lakin skeptiklər bunun gerçəkdən baş verəcəyinə şübhə ilə yanaşırlar.

Əl-Şəraa həftəsonu etdiyi müraciətdə həm suriyalılara, həm də beynəlxalq ictimaiyyətə çağırış edərək, mülki şəxslərə zərər verən və məhbuslarla pis rəftar edənlərin məsuliyyətə cəlb olunacağını bildirib.

O, zorakılığın baş verməsində əvvəlki hökumətin qalıqlarını və onlara dəstək verən bəzi xarici qüvvələri günahlandıraraq, əsasən hakimlərdən ibarət bir komitə yaradaraq hadisələri araşdırmağa başlayıb.

ABŞ Dövlət Katibi Marko Rubio Suriya hakimiyyətini “bu qətliamlarda məsuliyyət daşıyanları” ədalət qarşısına çıxarmağa çağırıb. O, əlavə edib ki, ABŞ, Suriya daxilindəki xristian, druz, ələvi və kürd icmaları da daxil olmaqla, dini və etnik azlıqların yanında dayanır.

Elmina Qasımova,BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 10 Mart 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1206

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see477

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see380

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see373

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see372

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see366

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see324

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see300

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see269

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see243

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see209

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see209

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see205

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see204

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see200

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see196

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see191

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see183

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see181

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri