Suriyada toqquşmalar intensivləşdi
Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Suriyanın cənubundakı Suveyda əyalətində bədəvi ərəblər və qəbilə qüvvələrindən ibarət ittifaq ilə bəzi druz qrupları arasında qarşıdurmalar davam edir.
Metbuat.az xəbər verir ki, ordunun bölgədən geri çəkilməsinə baxmayaraq, müqaviləyə qarşı çıxan Druzi lideri Hikmət əl-Hicrinin bədəvi ərəbləri məcburi köçürmək istəməsi səbəbindən toqquşmalar yenidən başlayıb. Bədəvi ərəblərin və qəbilə qüvvələrinin hücumlarından sonra druzlar geri çəkilib. Əks-hücumlar nəticəsində druz qüvvələri şimala və qərbə doğru irəliləyə bilib. Druz qüvvələr toqquşmalar zamanı dron və snayperlərdən intensiv istifadə edir.
Ardınca fərqli qəsəbələrdə irəliləyən bədəvi ərəblər və qəbilə qüvvələri Süveydanın Tel Hadi bölgəsini nəzarətə götürərək qərb məhəllələrinə daxil olublar. Druz qruplaşmasına aid xeyli miqdarda sursat ələ keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 18 İyul 2025 23:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















