Icma.az
close
up
RU
Suriyada Türkiyənin hərbi bazasının olması, Suriyanın təhlükəsizliyinin təminatı üçün ehtiyac sayılır

Suriyada Türkiyənin hərbi bazasının olması, Suriyanın təhlükəsizliyinin təminatı üçün ehtiyac sayılır

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyə Suriyanın mərkəzində hərbi hava bazaları yarada bilər. Ötən gün Suriya lideri Əhməd əl-Şaraa Ankarada Rəcəb Tayyib Ərdoğanla görüşüb. Danışıqlar ərəfəsində bir neçə KİV Türkiyənin Suriyanın mərkəzində yeni hərbi hava bazaları yarada biləcəyini yazıb. "Reuters" və Misirin "Mada Masr" portalı çərşənbə axşamı, fevralın 4-də Suriya və Türkiyə hökumətlərindəki mənbələrə istinadən bildirirlər ki, Palmira yaxınlığındakı hərbi aerodrom, eləcə də Tiyas kəndi yaxınlığındakı T4 aviabazası variant kimi nəzərdən keçirilir. Əl-Şaraa bildirib ki, ölkələr “regionda təhlükəsizlik təhdidlərinə qarşı çıxmaq” və “strateji tərəfdaşlıq yaratmaq” üçün birgə strategiya üzərində işləyirlər. Türkiyə lideri bildirib ki, Suriyanın şimal-şərqində kürd silahlılarına qarşı birgə mübarizə, eləcə də İsrail Müdafiə Qüvvələrinin Qolan Təpələri bölgəsindəki ərazilərdən çıxarılması müzakirə olunub. Danışıqlardan sonra siyasətçilər heç bir razılaşma əldə etməyiblər. Qətərin “Əl-Cəzirə” telekanalının xatırlatdığı kimi, Türkiyənin Suriyanın şimalında, dövlət sərhədi yaxınlığında artıq hərbi bazaları var. Onlar ölkəni kürd qüvvələrindən qorumağa çağırılır. Ankara və Dəməşq Türkiyənin Suriyada iki yeni hava bazası yaratması, Suriya hava məkanından hərbi məqsədlər üçün istifadə edilməsi və Ankaraya yeni Suriya ordusu üçün qoşunların hazırlanmasında aparıcı rol verilməsini əhatə edə biləcək müdafiə paktı üzərində işləyir. “Türkiyə” qəzeti yazıb ki, iki yeni baza Türkiyə Hərbi Hava Qüvvələrinin 50-yə qədər F-16 qırıcısını yerləşdirə bilər. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov məsələyə münasibət bildirirərkən qeyd eidb ki, Suriyadakı Rusiya bazalarının gələcəyi məsələsi əlavə danışıqlar tələb edir.

Qeyd edək ki, Moskva Tartus limanında dəniz bazası və Latakiya limanı yaxınlığında hava bazası saxlayır. Rusiya aviasiyası Tiyasdan səhnə sahəsi kimi istifadə edirdi. İranyönümlü qüvvələr də orda yerləşmişdi. Bəzi KİV-lər bunu Rusiyaya zərbə kimi qəbul edirlər...

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Suriyanın yeni hakimiyyəti özü də maraqlıdır ki, Suriyanın təhlükəsizliyi daha güclü olsun və Əsəd rejimindən fərqli olaraq Əhməd Şara hökuməti başa düşür ki, Türkiyənin mövqeləri nəzərə alınmadan, Türkiyənin bölgədə təhlükəsizlik qarantiyası olmadan, Suriyanın dövlətçiliyinin inkişafı ləng olacaq.

Tural İsmayılov

“Suriya əvvəlki dövrdən fərqli olaraq inkişaf etmiş bir ölkəyə çevrilə bilməz. Çünki Türkiyə önəmli və güclü bir qonşudur və Suriyanın yeni hakimiyyətə də sərhədləri yaxındır. Suriya Türkiyənin güc kimi qoruyucu bir qüvvə kimi mövcudluğunu və dəyərini yaxşı anlayır. Bu baxımdan aydın bir məsələ idi ki, Suriyada yeni hökumət formalaşdıqdan sonra Türkiyənin burada hərbi mövcudluğu da mümkün olacaq”-deyən politoloq qeyd edib ki, Türkiyənin Suriyada hərbi bazalarının olması əsla hansısa qüvvələrə qarşı yönəlməyib və orada Türkiyənin hərbi bazasının yaradılacağı təqdirdə, bu məsələnin ətrafında informasiya manipulyasiyasının da olacağını biz açıq aydın bilirik.

Politoloqun fikrincə, bütün bunlara baxmayaraq, Türkiyənin tam haqqıdır ki, Suriyanın öz tələbilə onun təhlükəsizliyi üçün hərbi bazalar təşkil etsin.

“Hər halda regiona aid olmayan qüvvələr Əsəd rejimi dövründə gəlib Suriya ərazilərində təhlükələr törədirdisə, bundan fərqli olaraq Türkiyə tarixi, mənəvi, coğrafi baxımdan yaxın və bağlı olduğu Suriyada öz hərbi bazaları ilə ancaq Suriyanın təhlükəsizliyinə və dövlətçiliyinin inkişafına böyük töhfələr verə bilər. Türkiyənin Suriyadakı mövcudluğu hansısa bir üçüncü qüvvəyə qarşı hədəflənməyib”-deyə Tural İsmayılov əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Fevral 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see486

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see171

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see138

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see131

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri