Icma.az
close
up
RU
Suriyada vəziyyət dəyişir: gərginlik pik həddədir ABŞ bu iki ölkəni ittiham etdi

Suriyada vəziyyət dəyişir: gərginlik pik həddədir ABŞ bu iki ölkəni ittiham etdi

Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.

Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan Hələbdəki vəziyyətlə bağlı diqqətçəkən şərhlər edib.

Publika.az xəbər verir ki, Sullivan bu barədə “CNN” telekanalına açıqlama verib.

O, həm bu hadisələrin, həm də Ukraynadakı hazırkı vəziyyətin Rusiya və İranın daha zəif strateji mövqedə olmasının təbii nəticəsi olduğunu vurğulayıb:

“İllərdir onları gücdən düşürən üç aktora baxdılar: İran, Rusiya, Hizbullah. Onları əvvəlkindən daha zəif və həssas gördülər və bundan istifadə etməyə çalışdılar. Düşünürəm ki, bu hücumun sürəti Suriya hökumətini və regiondakı digər müşahidəçiləri təəccübləndirdi”.

Sullivan Suriyanın Hələb və İdlib şəhərlərində baş verən son hadisələrin ABŞ-ın bölgədəki qüvvələri üçün risk olub-olmaması ilə bağlı məsələlərə toxunub:

"Biz hesab edirik ki, hazırda İŞİD-lə mübarizə aparmaq üçün Suriyada yerləşdirilən qüvvələrimiz bu xüsusi hücumun baş verdiyi ərazidən fərqli bir yerdə olduqları üçün risk altında deyil. Lakin onlar hələ də İran, İraq və Suriyadakı şiə milis qruplarının təhlükəsi altındadırlar. Biz onların müdafiəsini təmin etmək və onlara qarşı hücumlara cavab vermək üçün hər gün çalışırıq”.

O, ABŞ-ın anti-Suriya rejimi olan “Heyət Təhrir əş-Şam” (HTŞ) silahlı qruplaşmasını terror təşkilatı olaraq təyin etdiyini vurğulayıb. Həmçinin təşkilatın məqsədləri ilə bağlı əsaslı narahatlıqlarının olduğunu qeyd edib:

"Hadisələrin nə gətirəcəyindən bəhs etsək, mürəkkəb bir vəziyyətdir. Vaşinqton bu mövzuda regional tərəfdaşları ilə sıx təmasdadır. Təxminən 6 gündür Hələb və İdlib vilayətlərində Əsəd rejimi ilə rejim əleyhinə silahlı HTŞ arasında qarşıdurmalar gedir".

Roza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://publika.az
archiveBu xəbər 02 Dekabr 2024 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri