Icma.az
close
up
RU

Suriyadakı işğalçı qüvvələr: İsrail Dəməşqin 20 kilometrliyinə yaxınlaşdı

Icma.az, Gununsesi saytına istinadən bildirir.

İsrail 61 illik Baas rejiminin devrilməsindən sonra Suriya ərazisində tutduğu ərazini genişləndirir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusu paytaxt Dəməşqin Mezze Hərbi Hava Limanından təxminən 20 kilometr aralıda yerləşən Beddua bölgəsinə doğru irəliləyib.

Ölkənin cənubunda işğalını davam etdirən İsrail ordusu təqribən 30 əsgərdən ibarət komanda yaradıb. O, buldozer və üç tankın müşayiəti ilə Quneytra əyalətinin kənd ərazisində Əl-Malika və əl-Rafeed şəhərlərinin qərbindəki Deriyat bölgəsinə daxil olub.

İsrail sərhədindən Dəriyat bölgəsinə qazıntı işləri aparan və torpaq yollar çəkən ordu qüvvələri bölgədəki əkinçilik sahələrini buldozerlərlə dağıdıb, yararsız hala salıb.

İsrailin Suriya ərazisini işğal etməsinə reaksiya verən əl-Malikə qəsəbə sakini Əbdü əl-Karyan deyib ki, İsrail “təhlükəsizlik və sabitlik” bəhanəsi ilə Suriya ərazisini işğal edib.

Karyan, “Şeyx dağı və Teloul əl-Hamerdə istehkam məntəqələri qurdular. İşğalçı qüvvələr kəndlərə, Malikə qəsəbəsinə və Derayya təpəsinə daxil olaraq oradakı torpaqları hamarlayır” deyib.

Bölgə sakinlərindən Əbu Əhməd də İsrailin Quneytra çölü və Dera vilayətinin işğal olunmuş ərazilərində insanlara təzyiqlərini davam etdirdiyini bildirib.

Orxan Saffari

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Yanvar 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see258

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see228

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see212

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see178

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see176

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see173

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see146

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see142

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see139

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see135

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see135

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see132

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see131

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see130

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see129

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see127

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see125

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see122

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see118

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri