İsrail tankları Dəməşqin 20 kmnə yaxınlaşıb
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsrail tankları Dəməşqin təxminən 20 km-nə yaxınlaşıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Livanın "Al Mayadeen" telekanalı məlumat yayıb.
Bildirilir ki, tanklar bufer zonasından çıxıb və Suriya paytaxtından 21 km məsafədə yerləşən Katana yaşayış məntəqəsinin yaxınlığına yerləşdirilib.
İsrail Müdafiə Qüvvələri (SAXAL) hələlik bu məlumatı şərh etməyib.
Daha əvvəl SAXAL-ın Mətbuat Xidməti bildirmişdi ki, piyada və tank qoşunları müdafiə məqsədilə Suriya ilə sərhəd boyunca yerləşdirilib. Yəhudi dövlətinin Baş naziri Benyamin Netanyahu izah edib ki, bu addımlar ərəb respublikasındakı son hadisələrlə əlaqədar atılıb, müdafiə xarakteri daşıyır və müvəqqəti tədbirdir.
Baxış sayı:130
Bu xəbər 10 Dekabr 2024 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















