Icma.az
close
up
RU
Suriyadakı mövqelərini tərk edən Rusiya, növbəti mərhələdə Ermənistanı və Ukraynanı da itirəcək

Suriyadakı mövqelərini tərk edən Rusiya, növbəti mərhələdə Ermənistanı və Ukraynanı da itirəcək

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Rusiya Suriyada məğlub oldu. Rusiya və İran məğlub olub, qoşunlarını çıxardılar. Bu da artıq beynəlxalq aləmdə təsdiqini tapdı. Avropa ölkələri və digərləri artıq bildirirlər ki, Rusiya Suriyada məğlub oldu. Yəni "Putini məğlub etmək olar". Artıq bu bəyanatla çıxış edirlər. Mənə elə gəlir ki, bundan sonra Rusiya-Ukrayna müharibəsində daha gərgin vəziyyətlər yaranacaq. Çünki ABŞ-ın yeni seçilən prezidenti də bildirdi ki, biz Bayden hakimiyyəti qədər dəstək göstərməyəcəyik".

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Elşad Həsənov danışıb. Elşad Həsənov qeyd edib ki, Tramp öz çıxışında "ABŞ Ukraynaya 350 milyard dollar yardım edir və ancaq Avropa İttifaqı cəmi 100 milyard avro yardım edir. Avropa İttifaqı da bizim qədər yardım etməli idi, niyə belə edirlər? Müharibə də Avropada gedir. Amerika uzaqdadır, arada Böyük Okean var" fikirlərini bölüşüb.

Elşad Həsənov

Suriya məsələsində Rusiya nədən çəkinir?

Politoloq bildirib ki, Rusiyanın çəkindiyi odur ki, artıq Ermənistanı da itirmək üzrədir. Bu səbəbdən də, Rysiya bu gün ciddi cəhdlə Gürcüstanda Qərbə qalib gəlməyə çalışır və Qərb yönümlü müxalifətlə mübarizə aparır, özünə Rusiyaya loyal olan Bidzina İvanişvilinin hakimiyyətini dəstəkləyir: "Rusiya Ermənistanda nə qədər mülayim siyasət yeritsə də, gizlincə iqtisadi yardımlar etsə də və iqtisadi rıçaqlardan istifadə etmələrinə imkan yaratsa da, Ermənistan Qərbin ağuşuna keçib. Ermənistan Fransanın və Amerikanın dəstəyini görür. Ancaq onun qarşısında duran ən böyük məsələ isə Rusiyanın hərbi bazasının Gümridən çıxarılması və Ermənistan -Türkiyə, Ermənistan - İran sərhədində olan Rusiya sərhədçilərini çıxarılması məsələsidir. Buna da hazırkı dövrdə elə də gücləri yoxdur. Həmin proses üçün zamanı gözləyirlər. Necə ki, Suriyada zaman yetişdi, Rusiya Suriyaya, Əsəd rejiminə kömək edə bilmədi. Əsəd rejiminin hakimiyyətinə son qoyuldu. Hazırda Ermənistan da bu siyasi situasiyanı gözləyir ki, Rusiya orada öz silahlı qüvvələrini çıxarsın. Rusiya Ermənistanı itirsə, bu da onun üçün böyük itki olacaq".

Politoloqun fikrincə, Rusiya onun üçün həmişə bufer zonası olub və bu gün beynəlxalq arenada siyasi vəziyyət dəyişir.

"Rusiya-Türkiyə münasibətləri normaldır. Türkiyə prezidenti də öz güclü siyasətini yeridərək, Suriyada həm Rusiya, həm də İran qüvvələrini oradan vurub çıxardı. Suriyada Türkiyə yönümlü hərbi birləşmələr hakimiyyəti ələ aldılar. Növbəti mərhələdə Rusiya Ermənistanı itirəcək. Ermənistanı itirəndən sonra Ukrayna cəbhəsində də müəyyən dəyişikliklər ola bilər. Bu da belə davam edərsə, gələcəkdə Rusiyanın çökməsinə və Rusiyanın parçalanmasına səbəb olacaq"-deyə politoloq əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Dekabr 2024 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see191

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see172

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see145

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see126

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see125

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri