Sürücü qadını yolun ortasında düşürüb həyatını təhlükəyə atdı VİDEO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda yol hərəkəti qaydasını pozan sürücü, digər hərəkət iştirakçılarının həyatını təhlükə altında qoyub. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 6-da, paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, 90-TR-939 qeydiyyat nişanlı "Ford" markalı avtomobilin sürücüsü, sol hərəkət hissəsində dayanaraq maşındakı sərnişini düşürüb. Avtomobildən düşən qadın isə, yolu nəzərdə tutulmayan yerdən keçərək, öz həyatını təhlükə altında qoyub.
Qeyd edək ki, sürücülər yalnız yolun sağ hərəkət hissəsinin kənarında dayana bilərlər. Digər hərəkət hissələrinin kənarında dayanmaq qadağandır. Üstəlik, belə yerlərdə sərnişini düşürmək, bilavasitə onun həyatını təhlükəyə atmaqdır.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 07 Yanvar 2025 09:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















