Icma.az
close
up
RU
Sürücü yol hərəkəti qaydalarını sürücülük məktəbində öyrənirsə, piyadalar bu qaydaları heç yerdə öyrənə bilmir

Sürücü yol hərəkəti qaydalarını sürücülük məktəbində öyrənirsə, piyadalar bu qaydaları heç yerdə öyrənə bilmir

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Piyadaya yol verməyən sürücülərlə qarşılaşırsınız, yəqin ki. Bəzən sürücülər müşahidə kameralarının olduğu piyada keçidlərində piyadalara yol verirlər, lakin kameraların olmadığı keçidlərdə bu qaydaya riayət etmirlər.Piyada keçidinə daxil olmuş piyadaya yol verməməsinə görə sürücü hansı məsuliyyəti daşıyır?Hansı qanun pozuntusuna görə sürücü məsuliyyətə cəlb edilə bilər?Hansı hallarda üstünlük sürücünün, yaxud piyadanındır?

Məsələ ilə bağlı Bizimyol.info saytına açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, sürətin minimuma endirilməsi ilə bağlı xəbərdaredici və əmredici nişanlar olsa, piyada qurbanların sayı xeyli azalar: “Bizim ölkəmizdə eyni səviyyəli piyada keçidlərinin yenidən təşkil olunmasına ehtiyac var. Bəzi yerlərdə piyada keçidləri qəfil döngələrdə, enişdə-yoxuşda qoyulub. Bu da sürücü ilə piyada arasında vizual kontaktın yaranmasına əngəl olur. Onlar bir-birini görmürlər. Elə bu səbəbdən də qəzalar da baş verə bilir. Həmçinin piyada keçidlərində məlumatverici nişanlar olsa da, piyada keçidinə 100-150 metr qalmış hər hansı xəbərdaredici nişanları bir çox hallarda biz müşahidə etmirik. Halbuki xəbərdaredici nişanlar olsa, yaxud sürətin minimuma endirilməsi ilə bağlı xəbərdaredici və əmredici nişanlar olsa, bu zaman piyada vurmaların sayı xeyli azalar. Piyada keçidlərinin sutkanın qaranlıq saatlarında işıqlandırılmaması da müəyyən problemlər yaradır. Bununla da Bakı şəhəri İcra Hakimiyyəti məşğul olmalıdır. Bakıda və eyni zamanda bölgələrdə də, hər bölgənin öz icra hakimiyyəti küçələrin işıqlandırılması ilə məşğul olmalıdır. Bu, Azərbaycan Respublikasında Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukrunun təkmilləşdirilməsinə dair dövlət proqramında qeyd olunub”.

Eldəniz Cəfər

Eldəniz Cəfərov vurğulayıb ki, orta məktəb səviyyəsində, ibtidai sinifdən başlayaraq yol hərəkəti qaydaları haqqında ayrıca bir fənn keçirilməlidir: “Piyada keçidinə daxil olmuş və piyadanın yol keçməsinə şərait yaratmayan, mane olan, təhlükə yaradan sürücülər tənbeh kimi cərimə olunurlar. Eyni səviyyəli, yəni nizamlanmayan piyada keçidlərində svetofor yoxdursa məlumdur ki, həmin keçiddə yol piyadanındır. Sürücü piyadanın yolu rahat, təhlükəsiz keçməsinə şərait yaratmalıdır, avtomobili dayandırmalıdır. Amma piyada da yol keçmə qaydalarını bilməlidir. Zolağı qaçaraq keçməməlidir. Piyada diqqətli olmalıdır, sürücüyə baxmalıdır ki, sürücü ona yolu keçmək üçün imkan yarada bilirmi? Nəqliyyat vasitəsi dayanmadan, piyadaya yol vermədən yolu keçmək doğru deyil. Piyada bu zaman öz həyatını riskə atır.

Eyni səviyyəli piyada keçidi varsa, bu da o demək deyil ki, piyada istədiyi an o keçiddən keçə bilər. Əsla belə deyil. Piyada keçidindən yol keçməyin piyadalar üçün bir sıra qaydaları mövcuddur. O qaydalara uyğun yolu keçmək lazımdır.

Təəssüf ki, bu gün piyadalar üçün yol hərəkəti haqqında qaydalar xüsusi bir təlimdə öyrədilmir. Orta məktəblərdə də bununla bağlı hər hansı bir fənn də mövcud deyil. Sürücülər əgər bu qaydaları sürücülük məktəbində öyrənirlərsə, piyadalar bu qaydaları heç yerdə öyrənmirlər. Yaxşı olardı ki, orta məktəb səviyyəsində və ya ibtidai sinifdən başlayaraq ayrıca bir fənn olsun. Bizim bütün gənc vətəndaşlarımız qanundan xəbərdar olsunlar.

Məlumdur ki, insan evindən çıxandan sonra onun yoldakı bütün hərəkətləri yol hərəkəti haqqında qanunla, qaydalarla tənzimlənir. Əgər insan bu qaydaları, qanunları bilmirsə, yolda həm riskli obyektə çevrilə bilər, həmçinin özü də başqaları üçün risk yarada bilər”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 13 Oktyabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri