Sürücülərin DİQQƏTİNƏ Bu kəsişməyə də sarı tor” ÇƏKİLİR
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında, Rəşid İsmayılov və Şirvan küçələrinin kəsişməsində təhlükəsizliyi artırmaq və nizamlılığı təmin etmək məqsədilə 1.25 - "sarı tor" nişanlanma xətləri təşkil edilib.
Milli.Az xəbər verir ki, "Yol hərəkəti haqqında" Qanunun 75-ci maddəsinin 2-ci hissəsinin tələbininə əsasən, əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya sarı tor nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. Bu məqsədlə "sarı tor" çəkilir. "Sarı tor" yolun hərəkət hissələrinin kəsişmə yerini göstərir.
Beləliklə, "sarı kəsişmə torları" yol kəsişməsində nəqliyyatın tıxanmasının qarşısını alır və kəsişməni hər zaman nəqliyyat üçün təmiz saxlayır.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 10 Aprel 2026 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















