Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Sürücülərin diqqətinə! Qayda dəyişdi; bundan sonra belə olacaq

Sürücülərin diqqətinə! Qayda dəyişdi; bundan sonra belə olacaq

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Aprelin 1-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydalarında edilən dəyişikliklər iyunun 16-dan qüvvəyə minib.

Trend-in əldə etdiyi məlumata görə, dəyişikliklər avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayına görə əmsalın (AVİƏ) avtonəqliyyat vasitəsi sahiblərinin sayına görə əmsalla (AVSƏ), Bonus-Malus sinfinə görə əmsalın (BMƏ) isə sığorta tarixçəsi əmsalı (STƏ) ilə əvəz edilməsini nəzərdə tutur.

Bununla da icbari sığorta haqlarının hesablanması zamanı Bonus-Malus sinfinə görə əmsal yox, məhz sığorta tarixçəsi əmsalı tətbiq ediləcək.

Sığorta tarixçəsi əmsalı

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan 1 illik sığorta haqqının hesablanmasında sığorta tarixçəsi əmsalı tətbiq ediləcək.

Bu qaydanın məqsədləri üçün müəyyən edilən sığorta tarixçəsi əmsalı 0.60 əmsaldan az və 3 əmsaldan çox ola bilməz.

Şəxsin sığorta tarixçəsi əmsalı şəxsə bağlı olmaqla onun sığorta tarixçəsinə əsasən müvafiq güzəşt və əlavələr tətbiq edilməklə hər bir qiymətləndirmə qrupu üzrə ayrı-ayrılıqda formalaşacaq.

Fiziki şəxslər tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən avtonəqliyyat vasitəsi sahibləri arasında ən yüksək sığorta tarixçəsi əmsalına malik olan şəxsin sığorta tarixçəsi əmsalı tətbiq ediləcək.

Avtonəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi halı istisna olmaqla fiziki şəxslər tərəfindən sığorta müqaviləsi bağlanıldığı tarixdən əvvəlki son 1 ay ərzində müvafiq nəqliyyat vasitəsinin sahibi olmuş, habelə həmin dövr ərzində bu hüququna xitam verilmiş bütün şəxslər yuxarıdakı abzasda nəzərdə tutulmuş sığorta tarixçəsi əmsalının tətbiqi zamanı nəzərə alınacaq.

Avtonəqliyyat vasitəsinin sahibi hüquqi şəxs olduqda avtonəqliyyat vasitəsinin taksi minik avtomobili kimi sərnişin daşımaları üçün istifadə edilməsi halı istisna olmaqla sığorta haqqının hesablanmasında tətbiq olunan sığorta tarixçəsi əmsalı 1-ə bərabər olacaq və həmin əmsala güzəşt və ya əlavə tətbiq edilməyəcək.

Avtonəqliyyat vasitəsinin taksi minik avtomobili kimi sərnişin daşımaları üçün istifadə edilməsi halı istisna olmaqla sığortalı hüquqi şəxs olduqda və sığorta hadisəsi baş verdikdə sığorta tarixçəsi əmsalına tətbiq edilən əlavələr nəqliyyat vasitəsini idarə edən və sığorta hadisəsini törədən fiziki şəxsin sığorta tarixçəsi əmsalına tətbiq ediləcək.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi ilk dəfə bağlanarkən habelə müqavilə bağlamaq istəyən fiziki şəxsin təqsiri üzündən müvafiq qiymətləndirmə qrupu üzrə baş vermiş və İcbari Sığorta Bürosunun informasiya sistemində qeydiyyata alınmış sığorta ödənişi həyata keçirilmiş sığorta hadisəsi mövcud olmadıqda şəxsin sığorta tarixçəsi əmsalı olaraq 1 əmsal müəyyən ediləcək. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin ilk dəfə bağlanması dedikdə İcbari Sığorta Bürosunun informasiya sistemində həmin şəxs tərəfindən müvafiq qiymətləndirmə qrupu üzrə bağlanmış icbari sığorta müqaviləsinin mövcud olmaması nəzərdə tutulur.

Müvafiq qiymətləndirmə qrupu üzrə şəxsin sığorta tarixçəsi əmsalına qüvvədə olan icbari sığorta müqavilələrinin sayından asılı olmayaraq aşağıdakı şərtlərin hər biri mövcud olduqda hər dəfə 5 faiz güzəşt tətbiq ediləcək:

sığorta tarixçəsi əmsalına edilmiş sonuncu dəyişiklik tarixindən etibarən fiziki şəxs olduqda özünün, avtonəqliyyat vasitəsini taksi minik avtomobili kimi istifadə edən hüquqi şəxs olduqda isə avtonəqliyyat vasitəsinin sürücüsünün təqsiri üzündən baş vermiş və sığorta ödənişi həyata keçirilmiş heç bir sığorta hadisəsi olmadıqda;

sığorta tarixçəsi əmsalına edilmiş sonuncu dəyişiklikdən etibarən sığortalı olduğu günlərin sayı 275-dən çox olduqda.

Aşağıdakı abzasda nəzərdə tutulmuş hal istisna olmaqla sığorta tarixçəsi əmsalına edilmiş sonuncu dəyişiklik tarixindən etibarən fiziki şəxsin təqsiri üzündən baş vermiş və sığorta ödəniş(lər)i həyata keçirilmiş hər bir sığorta hadisəsi ilə bağlı müvafiq qiymətləndirmə qrupu üzrə həmin şəxsin sığortalı olub-olmamasından asılı olmayaraq sığorta tarixçəsi əmsalına 30 faiz əlavə tətbiq ediləcək. İcbari Sığorta Bürosunun informasiya sistemində müvafiq qiymətləndirmə qrupu üzrə şəxs tərəfindən bağlanmış icbari sığorta müqaviləsi mövcud olmadıqda şəxsin sığorta tarixçəsi əmsalı 1 əmsal olaraq müəyyən edilməklə 30 faiz əlavə həmin əmsala tətbiq ediləcək.

Sığortalı hüquqi şəxs olduqda və avtonəqliyyat vasitəsi taksi minik avtomobili kimi sərnişin daşımaları üçün istifadə edildikdə sığorta ödənişi həyata keçirilmiş hər bir sığorta hadisəsi üzrə hüquqi şəxsin sığorta tarixçəsi əmsalına 30 faiz əlavə tətbiq ediləcək.

Qeyd edək ki, sığorta tarixçəsi dedikdə sığortalının bağladığı sığorta müqavilələri və nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş vermiş sığorta hadisələri barədə məlumatları ehtiva edən tarixçə, sığorta tarixçəsi əmsalı dedikdə qiymətləndirmə subyektinin sığorta tarixçəsinə əsasən müəyyən edilən və sığorta haqqının hesablanmasında tətbiq edilən əmsal, qiymətləndirmə subyektləri dedikdə isə avtonəqliyyat vasitələrinin qiymətləndirmə qrupu üzrə barəsində sığorta tarixçəsinə əsasən güzəşt və əlavələrin tətbiq edildiyi şəxslər nəzərdə tutulur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 16 İyun 2026 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see599

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see504

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see454

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see327

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see313

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see306

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see299

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see285

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see269

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see261

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see248

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see236

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see232

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see209

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see206

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see206

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see203

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see190

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see190

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri