Icma.az
close
up
RU
Sürücülərin Masazır dairəsinin yükünü azaltmaqla bağlı etdiyi təklifə AYNAdan cavab VİDEO

Sürücülərin Masazır dairəsinin yükünü azaltmaqla bağlı etdiyi təklifə AYNAdan cavab VİDEO

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Günün pik saatlarında Xırdalandan üzü şəhər istiqamətinə gedən nəqliyyat vasitələrinin çoxluğu səbəbindən Masazır dairəsində ciddi tıxac və xaos müşahidə olunur. Bir neçə sürücü bu problemin həllinə dair təkliflərini redaksiyamızın qaynar xəttinə göndəriblər.

Avtosfer.az xəbər verir ki, Ər-Riyad ticarət mərkəzinin yanından başlayaraq nəqliyyat vasitələrini istiqamətləndirmək üçün dəmir məhəccərlər tətbiq edilib. Həmin məhəccərin sağ tərəfi ilə hərəkət edən sürücülər yalnız Xırdalana və Masazır dairəsi istiqamətinə hərəkət edə bilirlər. Bundan əlavə, Xırdalan şəhərindən (Mehdi Hüseynzadə küçəsindən) çıxan nəqliyyat vasitələri şəhər istiqamətinə yalnız Masazır dairəsindən keçməklə hərəkət edə bilirlər.

Sürücülər Masazır dairəsinin yükünü azaltmaq məqsədilə Mehdi Hüseynzadə küçəsindən çıxarkən sol hərəkət hissəsinə keçid imkanının yaradılmasını istəyirlər. Bunun üçün dəmir məhəccərlərin kəsilməsini və yol nişanları ilə təhlükəsiz şəkildə sol hərəkət hissəsinə keçməklə maneəsiz hərəkətin təşkil edilməsini təklif edirlər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucovla əlaqə saxladıq. O, edilən təklifin həyata keçirilməsinin mümkünsüz olduğunu bildirib. "Bakı-Sumqayıt şosesinin sözügedən ərazisindəki əsas yolda sürət həddi saatda 90 km müəyyən edilib. Xırdalan şəhərindən şosenin kənar yoluna – Mehdi Hüseynzadə küçəsinə çıxdıqdan sonra videoda göstərilən yerə qədər olan məsafə qısa olduğundan, nəqliyyat vasitələrinin sürətlənməsi üçün zolağın uzunluğu kifayət etmir. Buna görə də, dəmir maneələrin çıxarılaraq əsas yola çıxışın təmin edilməsi həmin yolda sürətlə hərəkət edən nəqliyyat vasitələri ilə toqquşma riskini artırır. Bu təhlükə nəzərə alınaraq qeyd edilən hissədə kənar yoldan əsas yola çıxışın yaradılması məqsəduyğun hesab edilmir" - deyə Toğrul Orucov bildirib.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 08 Yanvar 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see135

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see133

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see132

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see123

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri