Sürücülərin NƏZƏRİNƏ: Avtomobilləri bu məntəqələrdə də texniki baxışdan keçirə biləcəksiniz KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Son illərdə bir sıra ölkələrdə avtomobillərin texniki baxışı ya tamamilə ləğv edilir, ya da prosedur əhəmiyyətli dərəcədə sadələşdirilir. Bu tendensiya, əsasən, müasir avtomobillərin texniki baxışa ehtiyac duymadığı arqumenti ilə əsaslandırılır. Azərbaycanda isə avtomobillər üçün texniki baxış hələ də məcburi qaydada həyata keçirilir.
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev KONKRET.az-a açıqlamasında texniki baxışın tamamilə ləğv edilməsinin doğru olmadığını bildirib:
Yasin Mustafayev
“Texniki baxışın ləğvi düzgün deyil. Çünki bəzi sürücülər avtomobillə bağlı əsas məsələlərdən belə xəbərsizdirlər. Məsələn, yağ dəyişimi, təkərlərin vəziyyəti, ümumi texniki qulluq kimi məsələlərə diqqət yetirmirlər. İldə bir dəfə keçirilən texniki baxış zamanı belə kimi məqamlar yoxlanılır və bu, yollarda təhlükəsizliyin təmin olunması baxımından vacibdir,” – deyə ekspert vurğulayıb.
Yasin Mustafayev texniki baxışın mexanizminin dəyişdirilməsinin mümkünlüyünü də istisna etməyib:
“Asanlaşdırmaq mümkündür. Hazırda texniki baxış yalnız Baş Dövlət Yol Polisi İdarəsi və bölgələrdəki xüsusi məntəqələrdə aparılır. Halbuki, bunu qeydiyyatdan keçmiş avtoservislərdə də həyata keçirmək olar. Avtomobil servisdə yağ dəyişəndə və digər texniki məsələlər yoxlanıldıqda, texniki baxış prosedurunu da orada başa çatdırmaq mümkün ola bilər. Bu, həm vətəndaşlar üçün rahat olar, həm də əlavə vaxt və xərc itkisini azaldar. Texniki baxışın tam ləğvi əvəzinə, onun müasir dövrün tələblərinə uyğunlaşdırılması daha məqsədəuyğundur.”
Aynurə İsmayıl
KONKRET.az
Baxış sayı:38
Bu xəbər 11 İyul 2025 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















