Icma.az
close
up
RU
Sürücünü dəyənəklə döyən şəxslərə bu cəza verilə bilər: “Əgər ictimai təhlükəlilik varsa…” KONKRET

Sürücünü dəyənəklə döyən şəxslərə bu cəza verilə bilər: “Əgər ictimai təhlükəlilik varsa…” KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda bir qrup şəxs dəyənəklərlə avtomobilə hücum edib və maşının şüşəsini qırıb. Bu azmış kimi avtomobildə olan şəxsləri də döyüblər. Bununla bağlı görüntülər sosial şəbəkələrdə sürətlə yayıldı və sözügedən hadisə müzakirə obyektinə çevrildi.

Maraqlıdır küçədə vətəndaşlara hücum edənləri hansı cəzalar gözləyir?

Bununla bağlı KONKRET.az-a açıqlama verən vəkil Ramil Süleymanov bildirir ki, qeyd etdiyimiz davranış birmənalı şəkildə xuliqanlıq hərəkətləri hesab olunur.

“Əməlin ictimai təhlükəliliyi baxımından əgər hər hansı bir təhlükə varsa, birmənalı şəkildə Azərbaycan Respublikasının cinayət məcəlləsinin 221-ci maddəsinə uyğun şərh olunacaq. Əgər əməlin ictimai təhlükəliliyi yoxdursa, inzibati xətalar məcəlləsinə görə qiymətləndiriləcək. Belə ki, inzibati xətalar məcəlləsinin 510-cu maddəsinə görə xırda xuliqanlıq adlanır. Yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması və ya zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının dağıdılması, eləcə də zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər olarsa, bu xırda xuliqanlıq sayılır. Belə halda əlli manatdan yüz manatadək məbləğdə cərimə edili. Eyni zamanda işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunur.”

Müsahibimizin sözlərinə görə, hadisə bir qrup şəxs tərəfindən törədildikdə isə, Azərbaycan Respublikası cinayət məcəlləsinin 221.1 221.2.1 maddəsi ilə cinayət işi başlanılır:

“Bu şəxslərə həmin maddə sanksiyası altında 3 ilə qədər azadlığın məhdudlaşdırılması və 3 ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq oluna bilər. Əgər həmin şəxslər silahdan və yaxud silah qismində əşyalardan istifadə ediblərsə o halda 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq ediləcək. “

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 Mart 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see290

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see240

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see225

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see205

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see194

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see185

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see179

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see174

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see167

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see165

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see162

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see160

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see155

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see148

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see145

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see144

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see143

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see143

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see140

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri