Icma.az
close
up
RU
Sürücünün üzünə bibər qazı sıxıblar, pulu iki yerə bölüblər şübhəlilərdən biri 15 il sonra Azərbaycana gəlib TƏFƏRRÜAT

Sürücünün üzünə bibər qazı sıxıblar, pulu iki yerə bölüblər şübhəlilərdən biri 15 il sonra Azərbaycana gəlib TƏFƏRRÜAT

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Şəmkir rayonu ərazisində 3 nəfərin sürücüyə zor tətbiq edərək avtomobildə olan 332 min manatdan çox pulu ələ keçirilməsinin təfərrüatları məlum olub.

Bakupost.az -ın Teleqraf-a istinadən əldə etdiyi xəbərə görə, hadisə rayonun Sabirkənd kəndinin yaxınlığında çöllük ərazidə baş verib.

Məlumata görə, Bakı-Qazax marşrutu üzrə taksi fəaliyyəti ilə məşğul olan Famil Balacanov mütəmadi qaydada vətəndaş S.Əhmədova məxsus böyük məbləğdə xarici valyutanı Azərbaycan-Gürcüstan sərhədinə apararaq, orada dollara çevirib və Bakıda sahibinə təhvil verib.

F.Balacanovun tanışı - takisi sürücüsü Rasim Cəfərov bundan xəbər tutub. R.Cəfərov bu barədə özünün tanışları İsrapıl Baljanov və İsrafil Tağıyevi məlumatlandırıb. Sonuncu 3 nəfər F.Balacanovun aparıb-gətirdiyi böyük məbləğdə pulu ələ keçirmək üçün plan qurublar. Bunun üçün vatsap tətbiqi və sosial şəbəkə vasitəsilə müzakirələr aparıblar.

Hadisəyə görə, həbs olunan İsrapıl Baljanov Gürcüstan vətəndaşıdır. Bakı şəhərində yaşayır. Rasim Cəfərov isə Qazax rayonunun Daş Salahlı kənd sakinidir və orada yaşayır.

Hadisəni törədənlərdən biri - 39 yaşlı İsrafil Tağıyev əslən gədəbəylidir. Uzun illərdir Rusiyada yaşayır və ticarətlə məşğul olur. Dörd uşaq atası olan İ.Tağıyev son 15 ildə Azərbaycana gəlməyib. Onun bu qədər fasilədən sonra vətənə dönüşü də məhz həmin quldurluq hadisəsi ilə bağlı olub.

Bütün məsələləri öz aralarında razılaşdırdıqdan sonra İ.Tağıyev təyyarə vasitəsilə Bakıya gəlib və İsrapıl Baljanovla görüşüb.

Famil Balacanov növbəti dəfə Bakıdan Qazaxa Novruz bayramı tətili günlərində - mart ayının 22-də gecə saatlarında gedib. Bu dəfə S.Əhmədov ona dollara dəyişmək üçün 16 milyon rubl (332 min 800 manat) verib.

Rasim Cəfərov bundan xəbər tutub və İsrapıl Baljanovla İsrafil Tağıyevi məlumatlandırıb. Sonuncu iki nəfər Qazaxa getmək adı ilə Bakı avtovağzalına gəliblər və taksiyə oturublar. İ.Baljanov ön, İ.Tağıyev isə sürücünün arxasında olan oturacaqda əyləşib.

Plana əsasən, onlar Hacıqabul rayonu ərazisində sürücüyə hədə-qorxu gələrək avtomobilin yük yerində olan pulu almalıymışlar. Hər iki şəxs bunun üçün əvvəldən hazırlıq görüb. İsrapıl Baljanov özü ilə bibər qazı götürüb.

Onlar pulu ələ keçirdikdən sonra Bakı şəhərinə qayıtmalı və Azərbaycanı tərk etməliymişlər. Lakin Hacıqabul ərazisində planlarını reallaşdıra bilməyiblər. Bir neçə dəfə cəhd etsələr də, uyğun şərait olmayıb. Ona görə də yollarına davam ediblər.

Yolda İ.Baljanov və İ.Tağıyev taksi sürücüsünün Azərbaycan-Gürcüstan sərhədinə qədər getdiyini dəqiqləşdirib. Şəmkirə çatanda isə artıq mənzil başına az məsafə qaldığı qənaətinə gəliblər. Ona görə də planlarını burada icra ediblər.

Onlar Şəmkrin Sabirkənd kəndi ərazisində - çöllük bir yerdə ayaqyoluna getmək adı ilə avtomobili saxladıblar. Bu zaman İsrapıl Baljanov özündə olan bibər qazını sürücü Famil Balacanovun üzünə sıxıb. Sürücü avtomobildən düşərək qaçıb. Quldurluq hadisəsini törədənlər qaranlıqda onun arxasınca qaçıblar, amma tuta bilməyiblər. F.Balacanov oradan Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verib. Eyni zamanda vatsap vasitəsilə ərazinin dəqiq xəritəsini göndərib.

İ.Baljanov və İ.Tağıyev avtomobilin yük yerində olan 16 milyon rublu ələ keçiriblər. Lakin onlar ya ehtiyat etdiklərinə, ya da sürücü açarı özü ilə götürdüyünə görə avtomobilə əyləşməyiblər və piyada Şəmkirdə yolayrıcı deyilən yerə qədər gəliblər. Onlar Bakıya qayıtmaq planından imtina ediblər və taksi ilə Gədəbəyə - İsrafil Tağıyevgilə gediblər. Burada pulu öz aralarında bölüblər. İ.Tağıyev pulun bir qismini borclarını ödəməyə sərf edib. Onun iki övladı Gədəbəydə qohumlarının yanında qalır.

Hadisənin üstü isə cəmi iki gün sonra açılıb. Əvvəlcə İ.Baljanov və İ.Tağıyev, sonra isə onlara kömək edən Rasim Cəfərov saxlanılıb. Məhkəmənin qərarı ilə şübhəli şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Müəllif: Teleqraf.az

Paylaş

Facebook

Twitter

LinkedIn

WhatsApp

Telegram

Kriminal

Sürücünün üzünə bibər qazı sıxıblar, pulu iki yerə bölüblər - şübhəlilərdən biri 15 il sonra Azərbaycana gəlib -

Sürücünün üzünə bibər qazı sıxıblar, pulu iki yerə bölüblər - şübhəlilərdən biri 15 il sonra Azərbaycana gəlib - TƏFƏRRÜAT

17:33

Şəmkirdə avtomobilə basqın edib 332 min manat apardılar -

Şəmkirdə avtomobilə basqın edib 332 min manat apardılar - FOTO - VİDEO

08:45

Goranboydakı toyda kütləvi dava ilə bağlı rəsmi açıqlama -

Goranboydakı toyda kütləvi dava ilə bağlı rəsmi açıqlama - YENİLƏNDİ

5 Aprel 23:30

Goranboy və Gədəbəy sakinləri döyüldülər

Goranboy və Gədəbəy sakinləri döyüldülər

5 Aprel 23:23

Dayı bacısı qızının toy məclisində dünyasını dəyişdi

Dayı bacısı qızının toy məclisində dünyasını dəyişdi - FOTOLAR

5 Aprel 23:18

Goranboyda it yaşlı qadını parçaladı

Goranboyda it yaşlı qadını parçaladı

5 Aprel 21:33

Mingəçevirdə zəncirvari yol qəzası oldu

Mingəçevirdə zəncirvari yol qəzası oldu

5 Aprel 20:39

Keçmiş nişanlısını və onun anasını öldürüb intihar etdi -

Keçmiş nişanlısını və onun anasını öldürüb intihar etdi - İzmirdə dəhşətli cinayət

4 Aprel 21:46

Bakıda ər boşanmaq istəyən arvadının qulağını kəsdi

Bakıda ər boşanmaq istəyən arvadının qulağını kəsdi

4 Aprel 20:28

Ali Məhkəmə Plenumunun növbəti iclası keçirildi -

Ali Məhkəmə Plenumunun növbəti iclası keçirildi - FOTO

4 Aprel 18:17

Gürcüstanda azərbaycanlıya 12 il həbs cəzası verildi

Gürcüstanda azərbaycanlıya 12 il həbs cəzası verildi

4 Aprel 10:37

Gəncədə ağır qəza: Ata öldü, övladı yaralandı -

Gəncədə ağır qəza: Ata öldü, övladı yaralandı - FOTOLAR+VİDEO - YENİLƏNİB

4 Aprel 01:23

Qəzada yaralılardan biri öldü -

Qəzada yaralılardan biri öldü - YENİLƏNİB

3 Aprel 22:46

David İşxanyan Birinci Qarabağ müharibəsində Serj Sarkisyanın rolundan danışdı

David İşxanyan Birinci Qarabağ müharibəsində Serj Sarkisyanın rolundan danışdı

3 Aprel 13:19

Ağdaşda 56 yaşlı kişi bıçaqlandı

Ağdaşda 56 yaşlı kişi bıçaqlandı

3 Aprel 08:27

Polis 3 milyon avroluq avtomobili müsadirə etdi

Polis 3 milyon avroluq avtomobili müsadirə etdi

3 Aprel 03:02

Ürək əməliyyatı keçirən Goranboy sakini xəstəxanada öldü -

Ürək əməliyyatı keçirən Goranboy sakini xəstəxanada öldü - Yaxınları həkimlərdən şikayətçidir

2 Aprel 00:11

Gürcüstanda azərbaycanlı gənc özünü öldürdü

Gürcüstanda azərbaycanlı gənc özünü öldürdü

1 Aprel 22:40

"Bloomberg" rəhbəri ABŞ-də ailəsi ilə birlikdə ölü tapıldı

"Bloomberg" rəhbəri ABŞ-də ailəsi ilə birlikdə ölü tapıldı

1 Aprel 04:01

Gəncədə maşın vuran kişi öldü -

Gəncədə maşın vuran kişi öldü - YENİLƏNDİ

31 Mart 01:00

Murmanskda atışma -

Murmanskda atışma - YENİLƏNDİ

31 Mart 00:47

Göygöldə qadın ikinci mərtəbədən yıxıldı: vəziyyəti ağırdır

Göygöldə qadın ikinci mərtəbədən yıxıldı: vəziyyəti ağırdır

30 Mart 18:42

Bakıda yaşayış binası yandı -

Bakıda yaşayış binası yandı - VİDEO

30 Mart 18:30

Mingəçevirdə iki uşaq anası sirkə turşusundan zəhərləndi

Mingəçevirdə iki uşaq anası sirkə turşusundan zəhərləndi

30 Mart 08:06

Ünvan: Bakı şəhəri, Binəqədi rayonu,

S.S.Axundov küçəsi 31/23

Siyasət

Daxili siyasət

Xarici siyasət

Parlament

Qərbi Azərbaycan

Diaspor

Ordu

Qarabağ

İqtisadiyyat

Maliyyə-sığorta

Energetika

Kənd təsərrüfatı

İKT

Nəqliyyat

Turizm

Toplum

Elm və təhsil

Sosial siyasət

Tibb

Yaşıl dünya

Din

Media

Dünya

Cənubi Qafqaz

Avropa

Yaxın Şərq

Asiya

Amerika

Afrika

Hadisə

Məhkəmə

Kriminal

Maraqlı

Mədəniyyət

Mədəniyyət siyasəti

Ədəbiyyat

Sənət

İdman

F1

Futbol

Əl oyunları

Döyüş növləri

Gimnastika

REGİONLAR

Abşeron

Şimal

Şimal-qərb

Mərkəzi Aran

Qərb

Cənub

Analitika Multimedia Haqqımızda Bizimlə əlaqə

© 2024 "Gündəlik Teleqraf" MMC


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 07 Aprel 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slutskidən Azərbaycanla bağlı SENSASİON AÇIQLAMA: “Bu, Rusiya üçün ziyanlıdır” KONKRET

07 İyul 2025 14:34see127

Real ın oyunçusu: PSJ ilə yarımfinal əslində ÇL in finalıdır

06 İyul 2025 23:01see125

Niderland millisinin üzvü Braziliya klubundan ayrıla bilər

06 İyul 2025 17:50see123

Dəniz sahilində ACINACAQLI VƏZİYYƏT: Vətəndaşların sağlamlığı təhlükədə

06 İyul 2025 19:51see122

Həkimin təhlükəli xəstə barədə polisə məlumat vermək hüququ olacaq

06 İyul 2025 23:55see122

İnsan beyni qocalıqda da böyüməyə davam edir...

06 İyul 2025 19:54see117

Enerjinizi tükədən səhər yeməkləri

07 İyul 2025 13:06see117

Paşinyan “Hraparak”ı məhkəməyə verdi

06 İyul 2025 19:03see117

Gəncədə qadın sürücü piyadanı vurdu

06 İyul 2025 23:03see115

Yanvarın əvvəlində Sabah ın direktoru əlaqə saxladı və onunla bütün detalları müzakirə etdik

06 İyul 2025 22:12see115

Lavrov Braziliyada Araqçi ilə görüşüb İrana endirilən zərbələri pisləyib

06 İyul 2025 22:49see115

Ucarda ağır qəza: üç nəfər...

06 İyul 2025 19:55see115

SEPAH iki əsgərini itirdi

06 İyul 2025 15:51see114

Keyptaunda minlərlə sakin daşqın səbəbilə evsiz qalıb

06 İyul 2025 23:50see113

Azərbaycan millisindən ardıcıl ikinci məğlubiyyət

06 İyul 2025 22:12see113

Sərxoş vəziyyətdə qəza etdi

06 İyul 2025 13:46see113

İsrailin nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Qətərə gəlib KONKRET

06 İyul 2025 22:10see112

İran İsrailin beş mühüm hərbi obyektini vurub Təl Əviv məlumatı ictimaiyyətdən gizlədib

06 İyul 2025 15:54see112

Dəyəri 110 min avro olan qiymətli daş: Bu nadir daş yalnız Çexiyada tapılır

07 İyul 2025 04:46see111

Kişi yeməyini suyunu alırsa, daha nə istəyirsən?! Nardaran sakini müasir gəlinləri topa tutdu

06 İyul 2025 23:48see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri