Sürünü qorumaq üçün gətirilən çoban iti sahibinə xəsarət yetirdi
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
İt sahibinə hücum edib, dişləyərək damarlarını zədələyib, sümüyünü də sındırıb.
Oxu.Az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, hadisə Qax rayonunun Çüdüllü kəndi ərazisində yerləşən fermada qeydə alınıb. Çoban iti kənd sakini 64 yaşlı Fəxrəddin Hətəmova hücum edib.
Onun oğlu bildirir ki, sürünü qorumaq üçün yeni gətirdikləri it kişini tanımayıb və onu dişləyərək ağır xəsarət yetirib.
Həmin vaxt fermanın qarşısından keçən Məhəmməd Hümbətov dərhal həmkəndlisini itin hücumundan xilas etməyə çalışıb. Bu zaman onun özünü də it dişləyib.
Xəstəxanadan bildirilib ki, it sahibi, 64 yaşlı Fəxrəddin Hətəmovun sümüklərini sındırıb. Sol qolunun dişlənmiş, cırılmış yarası olan 36 yaşlı şəxsə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Sürünü qorumaq üçün gətirilən çoban iti sahibinə xəsarət yetirdi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 01 İyul 2025 02:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















