Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Sürüşmə və sel riski nəzərə alınmalıdır AYDINLIQ GƏTİRİLDİ

Sürüşmə və sel riski nəzərə alınmalıdır AYDINLIQ GƏTİRİLDİ

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Sel və leysan yağışları nəticəsində, xüsusən də tropik-quru iqlim qurşağında yay fəslində sel və daşqın hadisələri baş verir. Normalda iyul-avqust aylarında yağan leysan yağışları ani olaraq selə çevrilə bilir və ya mövsümi yağışlar aylıq normanı aşdıqda bu selə səbəb olur". Bu sözləri SİA-ya açıqlamasında ekoloq Qorxmaz İbrahimli deyib.

O bildirib ki, bu problemin əsas səbəblərindən biri şəhərsalma ilə bağlıdır: "Məsələn, Bakı şəhərində dəfələrlə aylıq norma aşan kimi sel yaranır, kanalizasiya sistemləri düzgün qurulmadığı üçün isə bu problem daha da böyüyür. Regionlarda da oxşar hallar müşahidə olunur. Bir neçə il əvvəl Göygöl rayonunda baş verən sel nəticəsində bir ailə faciə yaşadı, bir neçə nəfər selə qapılaraq həyatını itirdi, evlər isə su altında qaldı.

Əsas səbəb odur ki, insanlar “selap” deyilən yerlərdə — çay yataqlarının ağızlarında ev tikirlər. Onlar düşünürlər ki, 10-50 ildir burada sel olmayıb, buna görə də rahatlıqla ev tikmək olar. Halbuki nə proqnoz, nə də tarixi təcrübə nəzərə alınır. Nəticədə bir gün yağan leysan və ya bahar suları böyük fəlakətə səbəb olur. Dövlət məcbur qalaraq vəsait ayırır, insanlar isə ağır faciələrlə üzləşirlər. Bu, plansız, elmə əsaslanmayan və biliyə dayanmayan layihələrin nəticəsidir.

Bakı və Sumqayıtı müqayisə etdikdə, Sumqayıtda bu hallar nisbətən az müşahidə olunur. Çünki orada şəhər planlaması fərqlidir. Bakıda isə leysan yağışları nəticəsində gölməçələr yaranır, insanlar keçidlərdə və tünellərdə çıxılmaz vəziyyətdə qalırlar. Bunun qarşısını almaq üçün ilk növbədə maarifləndirmə işi aparılmalıdır. İnsanlar bilməlidirlər ki, kənd və rayon yerlərində dərə ağızlarında və çökək ərazilərdə ev tikmək olmaz. Dağ yamaclarında tikinti aparılarkən sürüşmə və sel riski mütləq nəzərə alınmalıdır. Şəhərlərdə isə məsuliyyət birbaşa müvafiq qurumların üzərinə düşür. Şəhərsalma Komitəsi, bələdiyyələr və icra strukturları bu işdə daha ciddi davranmalıdırlar. Biz artıq gecəqondu dövrünü geridə qoymuşuq, buna görə də dövlət də daha qəti tədbirlər görməli, Milli Məclis isə bu sahədə sərt qanunlar qəbul etməlidir. Nəticə etibarilə, hər kəs öz işinə məsuliyyətlə yanaşmalı və gələcəkdə belə faciələrin qarşısını almaq üçün həm dövlət, həm də vətəndaş səviyyəsində ciddi addımlar atılmalıdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Sentyabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see505

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see477

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see286

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see267

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see260

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see259

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see250

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see248

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see247

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see243

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see238

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see226

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see225

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see216

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see214

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see203

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see200

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see197

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri