İsrail zərbə endirdi
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrail ordusu Qəzza zolağında atəşkəs xəttini keçməyə cəhd edən silahlı şəxslərə qarşı hava zərbələri endirildiyini açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zərbələr anklavın şimal hissəsində yerləşən və “sarı xətt” adlandırılan atəşkəs xəttini keçən bir neçə şəxsə qarşı həyata keçirilib.
Açıqlamada qeyd olunur ki, üç ayrı insident zamanı sözügedən şəxslər Qəzza diviziyasının tərkibində fəaliyyət göstərən Qüds və Şimal briqadalarının mövqelərinə yaxınlaşıb. İsrail tərəfi bunu təhlükə kimi qiymətləndirərək hava hücumları ilə cavab verib.
Fələstinin Qüds media şəbəkəsi HƏMAS hərəkatı ilə əlaqəli mənbələrə istinadən xəbər verib ki, Qəzza şəhərinin şimalında yerləşən Tufa rayonunda atəş nəticəsində dörd nəfər yaralanıb. Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Baxış sayı:37
Bu xəbər 21 Dekabr 2025 20:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















