Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

“Şuşa artıq qlobal media əməkdaşlığının mühüm ünvanıdır”

“Şuşa artıq qlobal media əməkdaşlığının mühüm ünvanıdır”

Icma.az, Gununsesi saytına istinadən bildirir.

“Şuşa artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil. Bu şəhər eyni zamanda beynəlxalq dialoqun, fikir mübadiləsinin və qlobal əməkdaşlığın mühüm ünvanlarından birinə çevrilib”.

Bunu Gununsesi.info-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib:

“IV Şuşa Qlobal Media Forumu bir daha təsdiq etdi ki, Azərbaycan beynəlxalq gündəmdə etibarlı tərəfdaş, sülhü və dialoqu təşviq edən, qlobal çağırışların müzakirəsi üçün platforma yaradan ölkə kimi öz mövqeyini daha da möhkəmləndirir.

Bu gün informasiya yalnız xəbər ötürən vasitə deyil. İnformasiya dövlətlərin təhlükəsizliyinə, beynəlxalq münasibətlərə, ictimai rəyə və qlobal proseslərə birbaşa təsir göstərən strateji amilə çevrilib. Təəssüf ki, müasir dövrdə dezinformasiya, saxta xəbərlər, informasiya manipulyasiyaları və ikili standartlar da beynəlxalq münasibətlərin ayrılmaz hissəsinə çevrilib. Belə bir şəraitdə həqiqətin qorunması, məsuliyyətli jurnalistikanın təşviqi və etibarlı informasiya mühitinin formalaşdırılması hər zamankından daha böyük əhəmiyyət kəsb edir.

Məhz buna görə IV Şuşa Qlobal Media Forumunun “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunması olduqca aktual və zamanın çağırışlarına cavab verən seçimdir. Sülh yalnız siyasi razılaşmalarla təmin olunmur. Sülh eyni zamanda doğru informasiyanın yayılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və media məsuliyyətinin artırılması ilə mümkündür.

Forum çərçivəsində Prezident İlham Əliyevin çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Prezident İlham Əliyevin Azərbaycanın xarici siyasəti, regional proseslər, beynəlxalq təhlükəsizlik və informasiya mühiti ilə bağlı səsləndirdiyi fikirlər dünyanın aparıcı media qurumları tərəfindən geniş işıqlandırıldı. Xüsusilə Prezident İlham Əliyevin səsləndirdiyi bu fikir müasir dövrün reallıqlarını aydın şəkildə ifadə edir: “Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir. Keçmişdə də belə olmuşdur. Keçmişdə bu, siyasi xarakter daşıyırdı. Biz bunun öhdəsindən uğurla gəldik. Bu gün isə bu avantüralar daha ciddi və təhdidedici xarakter daşıyır. Ona görə də özümüzü müdafiə etməyə, konsolidasiya edilmiş müəyyən dairələrlə mübarizə aparmağa öyrəşmişik.”

Bu fikirlər bir daha göstərir ki, milli təhlükəsizlik anlayışı artıq yalnız hərbi və siyasi müstəvi ilə məhdudlaşmır. İnformasiya müharibələri, kiber təhdidlər, ictimai rəyin manipulyasiyası və məqsədli dezinformasiya kampaniyaları dövlətlərin üzləşdiyi ən ciddi çağırışlar sırasındadır. Azərbaycan isə bu çağırışları düzgün qiymətləndirərək informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması və beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində ardıcıl siyasət həyata keçirir“.

Deputat əlavə edib ki, builki forum xarici medianın da diqqət mərkəzində oldu:

“Dünyanın müxtəlif ölkələrindən nüfuzlu media qurumları Şuşa Qlobal Media Forumunu beynəlxalq media dialoqu üçün mühüm platforma kimi qiymətləndirdilər. Xarici mətbuatda forumun əsas mövzuları, dezinformasiyaya qarşı mübarizə, süni intellekt dövründə medianın rolu və Prezident İlham Əliyevin beynəlxalq gündəmə dair səsləndirdiyi fikirlər geniş şəkildə işıqlandırıldı. Bu, bir daha göstərir ki, Şuşa Qlobal Media Forumu artıq təkcə Azərbaycanın deyil, qlobal media gündəliyinin mühüm hadisələrindən birinə çevrilib.

Şuşada belə mötəbər tədbirlərin keçirilməsi xüsusi rəmzi məna daşıyır. Vaxtilə işğalın ağır nəticələrini yaşamış bu şəhər bu gün beynəlxalq konfransların, mədəni tədbirlərin və qlobal forumların keçirildiyi nüfuzlu mərkəzdir. Bu, Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işlərinin, eyni zamanda sülhə, əməkdaşlığa və açıq dialoqa sadiqliyinin bariz nümunəsidir.

Əminliklə demək olar ki, Şuşa Qlobal Media Forumu artıq beynəlxalq informasiya diplomatiyasının mühüm platformalarından birinə çevrilib. Bu forum Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə, həqiqətin müdafiəsinə, dezinformasiyaya qarşı mübarizəyə və qlobal media əməkdaşlığının inkişafına mühüm töhfə verir. Şuşadan dünyaya verilən mesajlar Azərbaycanın prinsipial mövqeyini, sülhə sadiqliyini, beynəlxalq hüquqa hörmətini və informasiya məkanında həqiqətin müdafiəsinə verdiyi önəmi bir daha nümayiş etdirir. İnanıram ki, bu forumun nəticələri gələcəkdə dövlətlər arasında qarşılıqlı etimadın möhkəmlənməsinə, media sahəsində əməkdaşlığın genişlənməsinə və qlobal informasiya təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcək”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 İyul 2026 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri