Icma.az
close
up
RU
Şuşa Bəyannaməsi: beş ildə təsdiqini tapan tarixi qərar ŞƏRH

Şuşa Bəyannaməsi: beş ildə təsdiqini tapan tarixi qərar ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun və müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsinin imzalanmasının beş ili tamam olur. 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən birgə imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki ölkənin münasibətlərində yeni səhifə açdı. Dövlətimizin başçısı İlham Əliyevin Şuşa Bəyannaməsinin imzalanmasından sonra mətbuata verdiyi bəyanatda vurğuladığı kimi, müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır.

Reallıq budur ki, dünya hər zaman Azərbaycan-Türkiyə münasibətlərinin timsalında dostluğun və qardaşlığın nümunəsini görür. Bütün məqamlarda bir-birinin yanında olan iki qardaş ölkə əməkdaşlıq əlaqələrini bütün sahələrdə uğurla davam etdirir. Şuşa Bəyannaməsində bu əlaqələrin dünəninə və bu gününə nəzər salınmaqla gələcək inkişaf istiqamətləri də aydın şəkildə ifadə olunub. Belə ki, tarixə əsaslanan bu Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamları öz əksini tapıb. Bu çağırışlar iki dost ölkə arasındakı münasibətlərin əsasını təşkil edir.

44 günlük Vətən müharibəsində dünya bir daha bu birliyin və həmrəyliyin şahidi oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan tək deyil” mesajını verdi. Tarixi Zəfərimiz birliyimizin təcəssümü kimi dəyərləndirilir. Bu gün həmin birlik Şuşa Bəyannaməsinin hər bir müddəasında öz əksini taparaq əbədiliyini və sarsılmazlığını bir daha nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyev Şuşa Bəyannaməsinin imzalanmasından sonra mətbuata bəyanatında bu əminliyi də ifadə etmişdi ki, “Bu gün buradan - qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyada böyük əks-səda doğuracaq. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat qeyd edib ki, qardaşlığın yeni tarixi mərhələsi kimi dəyərləndirilən Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır, ölkələrimiz arasındakı əlaqələrin bütün müstəvilərdə davamlı inkişafını təmin edir: “Bu sənəd hər iki ölkənin iqtisadi qüdrətini artırır. Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələri ölkələrin iqtisadi imkanlarının genişlənməsində mühüm rol oynamaqla yanaşı, aralarındakı körpüləri daha da möhkəmləndirir. Dünyanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfələr verən layihələrimizin coğrafiyası getdikcə genişlənir. Şuşa Bəyannaməsində tərəflər regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verən, təbii qaz mənbələrinin və marşrutlarının şaxələndirilməsini təmin edən strateji Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Azərbaycan və Türkiyənin qabaqcıl rolunu vurğulayırlar. Həmçinin bu layihənin səmərəli istifadəsinə və daha da inkişaf etdirilməsinə yönəlmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdiriləcəyini bildirir, qlobal enerji sektorunda baş verən prosesləri nəzərə alaraq regionun enerji təchizatı təhlükəsizliyinin gücləndirilməsi məqsədilə elektrik enerjisi sahəsində regional əməkdaşlığa töhfə verəcək təşəbbüslərin artırılması və davam etdirilməsi niyyətini ifadə edirlər”.

Malik Həsənov vurğulayıb ki, Şuşa Bəyannaməsində, həmçinin Zəngəzur dəhlizinin açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyi qeyd olunur.

Deputatın sözlərinə görə, Şuşa Bəyannaməsi iki ölkənin xarici siyasət uğurlarının davamlılığında, müdafiə sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsində, eləcə də yeni əməkdaşlıq istiqamətləri olan təhsil və media sahələrində əlaqələrin uğurlu inkişafında əhəmiyyətli rol oynayır.

Ümumilikdə Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir. Eyni zamanda, bu sənəd Azərbaycan və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqelərinin daha da möhkəmlənməsini şərtləndirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2026 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri