Icma.az
close
up
RU
Şuşa Bəyannaməsi ilə Türkiyə Azərbaycan əlaqələri rəsmən müttəfiqlik səviyyəsinə yüksəlib

Şuşa Bəyannaməsi ilə Türkiyə Azərbaycan əlaqələri rəsmən müttəfiqlik səviyyəsinə yüksəlib

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bir millət, iki dövlət” olan Azərbaycan ilə Türkiyənin mövqe və mənafelərindəki yaxınlaşmanın rəsmi strateji müttəfiqlik mərhələsinə qədər yüksəlməsi hər iki dövlətin başında duran tarixi şəxsiyyətlərin xidmətinin nəticəsi idi. Məhz Ümummilli Lider Türkiyə-Azərbaycan münasibətlərinə yönəlik strateji siyasəti qarşlıqlı etimadın, birgə təşəbbüslərin həyata keçirilməsi üçün real zəmin yaratdı. Artıq həmin strateji siyasətin gerçək nəticələrini bütün dünya dövlətləri heyranlıqla izləyirlər.

Azərbaycan və Türkiyə xalqlarının XXI əsrdəki böyük şəxsiyyətləri, dövlət rəhbəri və qurucu liderləri olan İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın uğurla inkişaf etdirdikləri strateji partnyorluq siyasəti bu iki dövlətin və bir millətin tarixi maraqlarının nəhayət gerçəyə çevrildiyini görən, bütün tarix boyu türk xalqlarının və dövlətlərinin yüksəlişindən qorxan, bu yüksəlişin onların dünya ağalığına son qoyacağından ehtiyat edənlər indi bu həqiqətlə barışmaq məcburiyyətindədirlər. Günü-gündən bütün sahələrdə inkişaf edən Azərbaycan-Türkiyə münasibətlərinin məhəng daşı, ilham mənbəyi əlbəttə ki, bu iki dövlətin əhalisinin otraq dəyərləri və bu dəyərlər üzərində tarixi münasibətlərin bərqərar olmasını təmin edən dövlət rəhbərləridir. İkinci Qarabağ savaşında Türkiyənin Azərbaycan dövlətinə və xalqına verdiyi mənəvi-siyasi dəstək, müharibədən sonra davam edən birgə beynəlxalq diplomatik fəaliyyət, Zəfər paradında nümayiş etdirilən qardaşlıq münasibəti və ən əsası bu münasibətləri hüquqi müstəvidə rəsmiləşdirən “Şuşa bəyannaməsi”, Azərbaycan və Türkiyə dövlət rəhbərlərinin və nümayəndə heyətlərinin müntəzəm qarşılıqlı səfərləri, möhtəşəm “TEKNOFEST” həm də bu münasibətlərin təntənəsinin nümayişi idi. Şübhəsiz ki, bu birliyə nail olmaqdan ötrü uzun bir yol keçilib. Bu yol iqtisadi, siyasi, mədəni əlaqələrin qurulması, beynəlxalq arenada yürüdülən əlaqələndirilmiş siyasətə, qarşılıqlı dəstəyə və ümumi mənafeyə xidmət edən prinsiplərin həyata keçirilməsində birgə fəaliyyətə söykənir.
15 iyun 2021-ci ildə Şuşa şəhərində Azərbaycan və Türkiyənin dövlət rəhbərlərinin imzaladığı Bəyannamə təkcə rəsmi müttəfiqlik müqaviləsi deyil, eyni zamanda tarixin bir çox qaranlıq səhifələrinə işıq salan, əslində Azərbaycan – Türkiyə münasibnətləri keçmişdə də necə olmalı olduğunun mesajını verən, tarixin dərslərindən nəticə çıxarmağa səsləyən, iki dövlət arasında münasibətlərin sarsılmaz əlaqələrə bağlı olduğunu sübut edən tarixi bir sənəddir. Bu Bəyannamə təkcə İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana vermiş olduğu mənəvi-siyasi dəstəyin davamı deyil, eyni zamanda bu və bu kimi qarşılıqlı dəstəyin tarixin bundan sonrakı dönəmlərində də davam edəcəyinin və daha da dərinləşəcəyinin ifadəsidir. Məhz bu bəyannamə sübut etdi ki, dünyanın hansısa “gücləri”nin müdaxiləsindən, təhdidlərindən, gizli və ya aşkar mürtəce cəhdlərindən asılı olamayaraq, “Bir millət, iki dövlət” olan Azərbaycanla Türkiyənin münasibətləri öz tarixi dəyərini heç vaxt itirə bilməz. “Şuşa Bəyannaməsi” özlüyündə strateji müttəfiqliyi ehtiva etməsi ilə bərabər həm də, hər iki ölkəyə ehtimal olunan təhdidləri neytrallaşdırmaq baxımından böyük əhəmiyyətə daşıyır. Bəyannamə imkan verir ki, bundan sonra da iki dost və qardaş dövlət arasında olan münasibətlər dərininə inkişaf etsin. Bu gün yüksələn xətlə tərəqqi edən Azərbaycan və Türkiyənin dövlət rəhbərləinin uzaqgörən, tarixi hədəflərə hesablanmış, hər iki dövlətin xalqı tərəfindən yüksək səviyyədə dəstəklənən siyasi, mədəni, iqtisadi əlaqələr nəticəsində vaxtilə mövcud olmuş bütün zidiyyətli məqamlar tarixin arxivinə gömülmüşdür.
15 iyun 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsinin dördüncü ilinin də təntənə ilə qeyd olunması hər iki dövlətin münasibətlərinin təsadüfi olmadığını, tarixin süzgəcindən keçib gələn dostluğa, qardaşlığa söykəndiyini sübut edir. Heç şübhəsiz ki, bu qardaşlıq nümunəsi digər türkdilli dövlətlər üçün də örnək oldu. Məhz Şuşa Bəyannaməsinin imzalanması ilə yeni müstəviyə daxil olan Türk Dövlətləri Birliyi ideyası artıq beynəlxalq arenalarda da ciddi müzakirələrə səbəb olmuş, türk xalqlarının tarixi ideallarını özündə ehtiva edən regional və qlobal mütəfiqlik platformasına inteqrasiya etməkdədir. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin təşəbbüsü, Türkiyə Respublikasının Prezidenti, Ədalət və İnkişaf Partiyasının sədri cənab Rəcəb Təyyib Ərdoğanın ciddi dəstəyi ilə tariximizin heç bir dönəmində olmadığı kimi tərəqqi edən Azərbaycan-Türkiyə münasibətləri üzərindən bərqarar olmaqda olan türk dövlətlərinin inteqrasiyası məsələləri artıq gerçək tarixi zərurətdir.

Kamil Qurbanlı
YAP Biləsuvar rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 İyun 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see264

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see255

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see185

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see180

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see142

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri