Icma.az
close
up
RU
“Şuşa Bəyannaməsi ölkələrimiz arasında münasibətlərin yeni mərhələsidir” Kamaləddin Qafarov

“Şuşa Bəyannaməsi ölkələrimiz arasında münasibətlərin yeni mərhələsidir” Kamaləddin Qafarov

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də imzalanan “Şuşa Bəyannaməsi” ölkələrimizin sarsılmaz qardaşlığını bütün dünyaya bildirən strateji mesajdır. Bu Bəyannamə faktiki olaraq iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu”.

Bunu "Unikal"a Şuşa Bəyannaməsinin imzalanmasının 4-cü ildönümü ilə əlaqədar açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, bu unikal tarixi sənəd Azərbaycan və Türkiyənin imkanlarının birləşdirilməsini və maraqlarının birgə müdafiəsini nəzərdə tutan münasibətlərə rəsmi xarakter vermiş oldu.

“Mahiyyət etibarı ilə hər iki ölkənin stabil, inkişaf edən və təhlükəsiz gələcəyinə hesablanmış Bəyannamə bu gün ölkələrimiz arasındakı siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələrdə müttəfiqlik əlaqələrini özündə əks etdirir və bütün bu sahələrdə keyfiyyətcə daha dərin münasibətlərin təminatı kimi çıxış edir. Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırmaqla, ölkələrimiz və xalqlarımız arasında qardaşlığın yeni tarixi mərhələsini açmış oldu. Bəyannamədə öz əksini tapmış mühüm məqamlardan biri də Zəngəzur dəhlizi ilə bağlı ölkələrimizin eyni mövqelərdən çıxış etmələridir. Regional aspektdən Naxçıvanı ölkənin əsas ərazisi ilə birləşdirəcək bu dəhliz, əslində, qlobal miqyasda böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək. Beləliklə, bir mənalı olaraq demək lazımdır ki, Zəngəzur dəhlizi qlobal miqyasda geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir.”

Fikirlərini davam etdirən Kamaləddin Qafarov Şuşa Bəyannaməsinin həmçinin regional sülhü təmin edən mühüm tarixi sənəd olduğunu xüsusi vurğulayıb: “Birmənalı olaraq qeyd etmək lazımdır ki, müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması böyük tarixi nailiyyətdir. Ölkələrimiz bundan sonra da bir-birinin təhlükəsizliyi üçün birgə fəaliyyət göstərəcək, müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı isə həm Azərbaycanın, həm də Türkiyənin hərbi qüdrətini artıracaqdır. Bu baxımdan Şuşa Bəyannaməsinin bütün Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin əsas qarantı kimi çıxış etməsi də heç bir şübhə doğurmur. Artıq Türkiyə və Azərbaycan sadəcə dost və qardaş ölkələr deyil, həm də strateji müttəfiqlərdir. Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir” .


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://unikal.az
archiveBu xəbər 14 İyun 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri