Icma.az
close
up
RU
Menu

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

General mayor rütbəsi alan hərbçilər kimdir?

“İlin modeli” seçildi Fotolar

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Bu rayona yeni polis rəisi təyin edildi

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Şuşa Bəyannaməsi regionda sülhün və sabitliyin təmin olunmasına yönəlib

Şuşa Bəyannaməsi regionda sülhün və sabitliyin təmin olunmasına yönəlib

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Tariximizin və mədəniyyətimizin dilbər guşəsi Şuşada imzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında mövcud olan dərin münasibətlərin yeni və parlaq mərhələsinin başlanğıcını qoydu. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayiş etdirdiyi qətiyyətli siyasi və mənəvi dəstək, qardaşlıq və strateji tərəfdaşlığımızın əsl mahiyyətini bir daha ortaya qoydu. 15 iyun 2021-ci il tarixdə müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır əbədidir. Bu sənəd ölkələrimiz arasındakı müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələrini əhatə edir. Tarixi Qars müqaviləsinin hüquqi və siyasi davamı olaraq, bir əsr sonra imzalanan bu sənəd, ortaq tarixə, ortaq mədəniyyətə və ortaq gələcəyə sədaqətin əbədi nişanəsidir. Bu bəyannamə yalnız Türkiyə-Azərbaycan münasibətlərini daha da möhkəmləndirməklə kifayətlənmir, həm də hər iki ölkənin bir-birini qoruyacağına, müdafiə edəcəyinə və hər şəraitdə dəstək verəcəyinə dair sarsılmaz iradəni ortaya qoyur. Şuşa Bəyannaməsi — dostluğun, qardaşlığın imzası, gələcəyin ortaq yol xəritəsidir. Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qədər yaşayacaq “Bir millət, iki dövlət” kəlamı münasibətlərimizin əsasında dayanır. Azərbaycan-Türkiyə qardaşlığının və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişafına nail olan Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri çox mühüm əhəmiyyətə malikdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi, Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir. Geostrateji hədəf baxımından Şuşa Bəyannaməsinin məzmunundan hasil olan çağırış odur ki, Azərbaycanı hədəf alan öz qarşısında Türkiyəni, Türkiyəyə qarşı çıxan isə önündə Azərbaycanı görəcəkdir. Türkiyə Prezidenti R.T.Ərdoğan Şuşada söylədiyi kimi “Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü Türkiyənin gücüdür”. Azərbaycan və Türkiyə arasında imzalanan Bəyannamədə xüsusilə tarixi türk torpağı Zəngəzur dəhlizinin adının hallanması tarixi gerçəkliyi və hədəfləri göstərən mühüm amildir. Sənəddə xüsusilə vurğulanır ki, Türkiyə ilə Azərbaycanı və Azərbaycanın qərbdəki bölgələriylə Naxçıvan Muxtar Respublikasını birləşdirən Zəngəzur dəhlizinin açılması və onun davamı olaraq Naxçıvan-Qars dəmiryolunun inşası iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə əhəmiyyətli dərəcədə kömək edəcək. 15 iyun artıq ikinci dəfədir ki, Azərbaycan tarixində strateji və simvolik əhəmiyyətə malik xüsusi bir günə çevrilmişdir. Əgər 32 il əvvəl – 1993-cü ilin 15 iyununda Azərbaycan dövlət olaraq parçalanmaq, daxili qarşıdurmalar və xaos səbəbindən siyasi xəritədən silinmək təhlükəsi ilə üz-üzə idisə, bu gün – artıq 15 iyun, müstəqil, güclü və qalib Azərbaycanın bölgədə və dünyada sülhə, təhlükəsizliyə və rifaha verdiyi mühüm töhfənin ifadəsi kimi tarixə yazılır. Bu baxımdan, 2021-ci ildə imzalanan və 2022-ci ildə Azərbaycan Respublikasının Qanunu kimi təsdiqlənən Şuşa Bəyannaməsi, müasir dövrün siyasi, mənəvi və tarixi reallıqlarını özündə ehtiva edən nadir sənədlərdən biridir. Bu sənəd, eyni etnik köklərə və ortaq mədəniyyətə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərini yeni, daha keyfiyyətli və strateji bir mərhələyə keçirir. Bu bəyannamə, xüsusilə Cənubi Qafqaz və Cənub-Şərqi Avropada iqtisadi inkişafın sürətləndirilməsi, nəqliyyat-logistika infrastrukturunun modernləşdirilməsi və enerji təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir. Bu gün Azərbaycan regionda mühüm geosiyasi actor olmaqla yanaşı, qlobal səviyyədə də etibarlı, prinsipial və strateji tərəfdaş kimi tanınır. Ölkəmizin beynəlxalq nüfuzu getdikcə artır, siyasi çəkisi və diplomatic fəallığı regional və qlobal sabitliyin təminində həlledici rol oynayır.

Hər iki ölkənin rəhbərliyinin sıx münasibətləri xalqlarımız və dünya üçün də nümunədir”. Əminliklə demək olar ki, Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında imzalanmış yüzlərlə sənədin ən stratejisi, ən möhkəm hüquqi əsaslı və gələcəyə yönəlik olanıdır. Bu sənəd iki xalqın taleyini daha da yaxınlaşdırmaqla yanaşı, regionda sülh, sabitlik və tərəqqiyə xidmət edən bir siyasi iradənin təcəssümüdü. Şuşa Bəyannaməsində təhlükəsizlik, müdafiə sənayesi, qarşılıqlı hərbi yardım, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət və digər sahələrdə əməkdaşlıq geniş şəkildə əhatə olunub. Bu sənəd, eyni zamanda regionda sülhün və sabitliyin təmin olunmasına yönəlib. Bəyannamənin hərbi hissəsində iki ölkənin orduları arasında qarşılıqlı fəaliyyət, birgə təlimlər və informasiya mübadiləsi kimi önəmli bəndlər yer alıb. Azərbaycan və Türkiyə hər zaman bir yerdə olacaq və bir-birinin təhlükəsizliyini təmin edəcək. Bu isə eyni zamanda bütün Cənubi Qafqazda sülhə və təhlükəsizliyə zəmanət deməkdir.

Bu Bəyannamə ilə Azərbaycanın Cənubi Qafqazda yeri və rolu daha da gücləndi. Eyni zamanda, Şuşa Bəyannaməsi Türk dövlətlərinin birliyinə də hələ uzun illər şanlı töhfələr verəcək tarixi sənəddir.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 İyun 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see184

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see183

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see155

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see153

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see138

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see134

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see130

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see128

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see128

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see128

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see127

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see125

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see124

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see123

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see123

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see122

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see122

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri