Icma.az
close
up
RU
Şuşa Qlobal Media Forumu artıq brendə çevrilib Türkiyəli müşavir

Şuşa Qlobal Media Forumu artıq brendə çevrilib Türkiyəli müşavir

Icma.az bildirir, Modern.az portalına istinadən.

Şuşada iyulun 13-dən başlayan IV Qlobal Media Forumu panel sessiyalarla işini davam etdirir. "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr edilən forumda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspertlər və rəsmi şəxslər təmsil olunur.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin direktorunun müşaviri Bora Bayraktar və Anadolu Agentliyinin vitse-prezidenti, baş redaktoru Yusuf Özhanla görüşüb.

Modern.az Forumla bağlı Türkiyənin Azərbaycandakı Səfirliyinin media müşaviri Alptəkin Cihangir İşbilirin təəssüratlarını öyrənib.

O, qeyd edib ki, artıq bir brendə və ənənəyə çevrilən Şuşa Qlobal Media Forumu bu il də yüksək səviyyədə təşkil olunub:

"Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər özünəməxsus xarakter daşıyır. Bütün sahələrdə olduğu kimi, media sahəsində də əməkdaşlığımız son dərəcə güclü və dərin köklərə malikdir. Azərbaycan milli mətbuatının yarandığı gündən bu günə qədər iki ölkə arasında media əlaqələri davamlı şəkildə inkişaf edərək daha da zənginləşib.Artıq bir brendə və ənənəyə çevrilən Şuşa Qlobal Media Forumu bu il də yüksək səviyyədə təşkil olundu. Vətən müharibəsi zamanı "vahid media" prinsipi əsasında fəaliyyət göstərən jurnalistlərimiz və media qurumlarımız sonradan yaradılan Azərbaycan–Türkiyə Media Platforması çərçivəsində də yeni təhdidlərə qarşı birgə mübarizəni davam etdirirlər.

Forumda sülhün qurulmasında medianın rolu bütün aspektləri ilə müzakirə edildi. Bu çərçivədə nümayəndələrimiz öz təcrübələrini iştirakçılarla bölüşdülər. Azərbaycan necə ki, zəfərin sahibidirsə, eyni zamanda bölgədə sülhün memarıdır. Türkiyə Cümhuriyyəti Prezident Administrasiyasının Kommunikasiya İdarəsi, Anadolu Agentliyi, TRT başda olmaqla bütün media qurumlarımız Azərbaycanın haqlı mübarizəsində bundan sonra da daim onun yanında olacaqlar. Forum zamanı bu qətiyyətimizi və dəstəyimizi bir daha ifadə etdik. Azərbaycanın hər ötən gün sürətlə inkişaf edən media potensialından və təcrübəsindən biz də faydalanacağıq".

C.İşbilir türk media nümayəndələrinin dəvətinə görə təşəkkürünü çatdırıb:

"Forumun təşkilində əməyi olan bütün şəxsləri və qurumları təbrik edirəm. Türkiyənin milli və yerli mediasını bu tədbirə dəvət etdiklərinə görə azərbaycanlı qardaşlarımıza təşəkkürümü bildirirəm. Cənab Prezidentin foruma himayədarlıq etməsi və səsləndirdiyi mesajlar olduqca dəyərlidir. Prezidentin köməkçisi Hikmət Hacıyev və onun komandası möhtəşəm bir tədbir təşkil etdilər. Onların hər birinə ayrıca təşəkkürümü və minnətdarlığımı ifadə edirəm".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 İyul 2026 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri