Şuşa sakini: 34 ildən sonra doğma yurduma qayıdıram
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Otuz dörd ildən sonra doğma yurduma qayıdıram. O vaxt buradan çıxanda cavan idim, bu gün isə yaşlanmışam. Amma yenə də şükür edirəm ki, öz yurduma, öz evimə qayıdıram.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə köç edən keçmiş məcburi köçkün Vəsilə Məmmədova deyib.
“Prezidentimiz sağ olsun, yurdumuzu geri aldı. Biz də böyük sevinclə qayıdırıq. Orada qurban kəsəcəyik, samovarımızı qaynadacağıq, şükür edəcəyik. Həmişə də Prezidentimizin yanındayıq. Sağ olsun ki, bizi doğma torpağımıza qaytardı, gözəl evlə təmin etdi”, – deyə keçmiş məcburi köçkün bildirib.
V.Məmmədova qeyd edib ki, 34 il əvvəl doğma yurdunu tərk etməyə məcbur olub. “O yerlərin hər cığırını, hər yolunu tanıyıram. İndi yenidən həmin torpaqlara qayıdıram. O torpaqlar bizimdir və həmişə də bizim olub. Prezidentimizin dediyi kimi, yumruq kimi birik və həmişə onun yanındayıq. Bu dəfə doğma yurda tək qayıdıram. Şükür ki, yenidən öz yurduma dönmək mənə nəsib oldu”, – deyə o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 08 İyul 2026 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















