“Şuşa Yaradıcılıq Emalatxanası” çərçivəsində iştirakçılara təlim keçirilib
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İslam ölkələrinin "Gənclər paytaxtı" elan edilən Şuşa şəhərində "Şuşa Yaradıcılıq Emalatxanası" çərçivəsində iştirakçılara təlim keçirilib. SİA-nın məlumatına görə, təlimin keçirilməsində məqsəd Azərbaycanın milli geyim əlavəsi çarığın tikilmə qaydasını iştirakçılara öyrətməkdir.
Təlimçi İbrahim Eyyublu müxtəlif ölkələri təmsil edən 14 iştirakçıya çarığın hazırlanmasına dair təlim keçib.
Təlimdə Qarabağ Universiteti və Bakı Musiqi Akademiyasının tələbələri, eləcə də Özbəkistan, İran, Türkiyə, Əfqanıstan və Mərakeşdən olan könüllülər iştirak edib.
Dekorativ əl işləri hazır olduqdan sonra iştirakçılara hədiyyə olaraq verilib.
Qeyd edək ki, "Gənclər paytaxtı"nın bağlanış mərasimləri dekabrın 4-də başa çatır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 04 Dekabr 2024 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















