Şuşada “Azərbaycan və Türkiyənin xarici siyasətində əsas trendlər və əməkdaşlıq imkanları” müzakirə olunur YENİLƏNİB
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şuşa, 24 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Şuşa şəhərində Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu sessiyalarla işini davam etdirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, forum çərçivəsində keçirilən birinci sessiya “Azərbaycan və Türkiyənin xarici siyasətində əsas trendlər və əməkdaşlıq imkanları” mövzusuna həsr olunub.
Sessiyanın moderatoru AnewZ media qurumunun baş redaktor müavini Orxan Amaşovdur.
Müzakirələrdə iki ölkənin regional təhlükəsizlik, xarici siyasət strategiyaları və əməkdaşlıq imkanları təhlil edilir.
Mütəxəssislər Azərbaycan və Türkiyənin regional siyasətdə artan rolunu, əməkdaşlığın yeni istiqamətlərini və qarşılıqlı strateji koordinasiya mexanizmlərini müzakirə edirlər.
09:44
Şuşa şəhərində Azərbaycan – Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu işə başlayıb. Forumda iki ölkənin aparıcı analitik qurumlarının rəhbərləri, ekspertlər və akademik çevrələrin nümayəndələri iştirak edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən forum açılış nitqi ilə başlayıb. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev və Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin (SAM) sədri Polat Safi çıxış edərək forumun regional inteqrasiya, strateji əməkdaşlıq və beyin mərkəzləri arasında əlaqələrin dərinləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıblar. Azərbaycan - Türkiyə strateji müttəfiqliyinin regionda formalaşan yeni reallıqlar fonunda institusional əsaslarının və konstruktiv rolunun daha da gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Forum çərçivəsində Azərbaycan – Türkiyə münasibətlərində xarici siyasət, iqtisadi əməkdaşlıq, nəqliyyat-kommunikasiya layihələri və inteqrasiya gündəmini əhatə edən üç panel sessiya olacaq. Qeyd edək ki, Birinci Şuşa Forumu Azərbaycan və Türkiyə beyin mərkəzləri arasında institusional tərəfdaşlığın möhkəmlənməsi, ortaq elmi-analitik platformaların yaradılması və gələcək strateji təşəbbüslərin koordinasiyası baxımından əhəmiyyət kəsb edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 24 Noyabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















