Icma.az
close
up
RU
ŞUŞADA TAPDIĞIM ŞAİR TAPDIQ

ŞUŞADA TAPDIĞIM ŞAİR TAPDIQ

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tapdıq Əlibəyli – 65
İkinci Qarabağ müharibəsindən sonra Şuşada Vaqif Poeziya Günlərində işirak etmək unudulmazdır. Biz, illərlə həsrətində olduğumuz, nisgil odunda qovrulduğumuz doğma torpaqlara savaş meydanında düşməni yenmiş ordumuzun qüruruyla getmişdik.

Elə ilk gündən Borçalının dəyərli yetirməsi Dəyanət Osmanlı, Norveçdə yaşayan Güney Azərbaycanlı mühacir Hadi Qaraçay, mən və bir də Şuşada tanış olduğumuz dəyərli aydınımız, Bütöv Azərbaycan sevdalı, Turan ruhlu şair Tapdıq Əlibəyli ilə əməlli-başlı yoldaşlığımız başladı. Mən və digər dostlar Tapdıq müəllimlə tanışlığımızdan son dərəcə mutluyduq. İş elə gətirdi ki, bir yerdə də gecələməli olduq. Söz-sözü, söhbət-söhbəti çəkib gətirdi. Bir-birimizlə kifayət qədər yaxınlaşıb dostlaşdıq.
Görkəmli şair Yusif Nəğməkarla Tapdıq bəyin şeir üzərinə elədikləri şirin söhbət, yaddaqalan debat, apardıqları dadlı-duzlu polemika da xatırladıqca xatırlanası məqamlara çevrildi…
Tapdıq müəllimin yazdığı şeirlərin əksəriyyətinin vətən, topraq, yurd bağlılığı, Azərbaycan və Bütöv Azərbaycandan bəhs etdiyini, türk dövlətlərinin birliyini, Turan dövlət fəlsəfəsini qapsayan nəğmələrini duyanda, təəccüblənmədim. Ona görə təəccüblənmədim ki, bu cür işıqlı, mehriban, sevəcən, bütövlük aşılayan xarakterə sahib bir kişidən, söz adamından başqa nə gözləyəcəkdin ki…
Bəstə boyu, düz qaməti, fiziki və mənəvi yorulmazlığı, bəyazlığa doğru çoxalan saçları, işıqlı siması, baxışlarındakı qartal kəskinliyi onun həm də daxili dünyasındakı zənginlikdən, sonsuzluqdan, böyüklükdən, insanilikdən xəbər verirdi. Bəli, mən və dostlar Tapdq müəllimi Şuşada tapdıq. Şuşada tapılan da Şuşa kimi torpaqdır, Şuşa kimi vətəndir, Şuşa kimi nisgildir, sevgidir, mədəniyyətdir.
İki-üç günlük biryerdəliyin Şuşadan başlması və Şuşa təməlli olması da, ayrıca düşündürücü bir gerçəklik olmuşdu. Unudulmaz Vaqif Poeziya Günləri ilə bağlı tədbirdən geri döndükdən sonra Tapdıq bəylə münasibət, ünsiyyət davam etdi.
Sosial şəbəkələrdə onun qürurlu və əyilməz xarakter aşılayan rəsmləriylə bir vətən övladının görüntüləri, şəxsən mənim gözlərimin işığını artırır. Üstəlik, Tapdıq müəllimin sanki hər gün icitimai-siyasi-mədəni tədbirlərdə məclislərin başında oturması, nüfuzlu birlik-təşkilat- məclislərdə söz sahibi olması, məni çox sevindirir desəm, ona olan dərin rəğbətimin səmimi ifadəsi olar. Çünki həyatımızı əhatə edən tədbirlər, məclislər bayağı adamlarla dolub daşır. Onların təmənnalı sözləri, çıxışları, yorucu hərəkətləri, reklam xarakterli özünü tanıtım çarxları adamı yorub yerə soxur… Tapdıq bəyin qarışıq, anlaşılmaz, daha çox neqativə köklənmiş dönəmdə, barəsində danışdıqlarım fonundakı “detalların” tam əksinə işləyən obrazı, kimliyi, şəxsiyyəti ən azı dostluqdan başlayan və heysiyyatda davam edən bir ucalığa sahibdir. Mən, belə mükəmməl kişilərin cəmiyyətimizdə varlığını, fəaliyyətlərinin isə daha çox olmasını ürəkdən istəyirəm.
Seçlən şairimiz, ictimai xadim kimi tanıdığım sevimli bir insan, nəhayət, dost deyə biləcəyim sənətkar qardaşımıza 65 illik yubiley çağında, onu hər zaman beləcə aktiv, şux, sıcaqqanlı, çarpışan, vuruşan bir qeyrətlə öz zəkası, ağlı, düşüncəsi, duyğuları üzərində sappasağlam görmək ümidiylə uğurlar diləyirəm.
Zəruri qeyd: o gözəl Şuşalı günlərdən hərəmizdən bir yazı, mətn qaldı. Tapdıq Əlibəylidən isə şeirlər ərməğanı unudulmaz bir səmimiyyətlə yaddaşımızın ən həzn guşəsində yerini aldı. İstərdim ki, Tapdıqsevərlər bu şeirlərldən biri – “VAQİFİN MƏQBƏRƏSİNDƏ” ilə həm də mənim bu kiçik yazımda da tanış ola bilsinlər. Hansı ki, o şeiri Tapdıq Əlibəyli elə tədbirin gedişindəcə Vağifin məqbərəsindəki dərin hisslərindən, həmin anın ruhundan ilham alaraq qələmə alıb.
Şair yazır: “Vaqif Poeziya Günləri”nin açılışında şairin məqbərəsi önündə duşüncələrim)
Ruhumda şeir havası,
Könlümdə Şuşa həvəsi,
Bəmdədi Bülbülün səsi
Vaqifin məqbərəsində.
Şəhidin zəfər şöləsi,
Şahanə söz şəlaləsi,
Dilimdə sözün səlisi
Vaqifin məqbərəsində.
Şuşanın şirin şivəsi,
Sözümün şəhdi-şirəsi,
“Qarabağ-Xan şikəstəsi”…
Vaqifin məqbərəsində.
Dilimdə Vaqif ahəngi,
İstədim tər söz çələngi,
Şuşatək çaları, rəngi
Vaqifin məqbərəsində.
Dünyada xarıbülbültək
Olarmı bir rəmz gül-çiçək?..
Şairə salam söyləyək
Vaqifin məqbərəsində.

Xanəmir TELMANOĞLU,
şair-publisist,
Aərbaycan Yazıçılar Birliyinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 05 May 2026 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see384

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see331

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see272

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see272

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see266

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see250

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see242

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see225

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see209

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see198

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see195

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see193

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see192

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see190

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see183

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see178

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see178

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see173

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri