Icma.az
close
up
RU
Şuşalı jurnalist Qukasyanı mühakimə edən hakimlərə MÜRACİƏT ETDİ

Şuşalı jurnalist Qukasyanı mühakimə edən hakimlərə MÜRACİƏT ETDİ

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Tanınmış jurnalist, Şuşa sakini Kərim Kərimli Bakı Hərbi Məhkəməsində hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəmə prosesinə sədrlik edən məhkəmə heyətinə müraciət edib.
Modern.az-ın məlumatına görə, Kərim Kərimli müraciətində bildirib:

“1998-ci ilin avqust ayında Xankəndi şəhərində hazırda Bakı şəhərində məhkəməsi gedən və Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması, aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərdən biri ilə – Arkadi Qukasyanla onun zəbt etdiyi otaqda üzbəüz söhbət zamanı ona belə bir müraciət etdim:

– Mənim şəxsi əlaqələrim vasitəsilə əldə etdiyim məlumata görə, hazırda burada, Xankəndi şəhərindəki binalardan birinin zirzəmisində bir yaralı azərbaycanlı əsgər – hərbi əsir saxlanılır. Deyilənə görə vəziyyəti yaxşı deyil. Siz bir qədər əvvəlki çıxışınız zamanı qeyd etdiniz ki, şəxsən siz sülh və əminamanlıq, humanizm və xetirxahlıq tərəfdarısınız. Əgər bu həqiqətən də belədirsə və siz doğrudan da humanizm tərəfdarısınızsa, onda tabeçiliyinizdə olan şəxslərə göstəriş verin, həmin yaralı əsiri azad etsinlər və biz onu özümüzlə Bakıya aparaq. Yaralı halda əsir düşmüş və hazırda sizin üçün heç bir təhlükə törətməyən və aldığım məlumata əsasən bugünkü vəziyyəti gələcəkdə də hərbi işə yararsız olacağını göstərən bir şəxsin azad edilərək, doğmalarının yanına göndərilməsi doğrudan da humanizmin nümayişi ola bilər və bir az əvvəl sizin bir neçə dəfə vurğuladığınız xoş məram və şəfqət hissinin səmimi olduğunu təsdiq edər. Bunları nəzərə alıb həmin yaralı azərbaycanlı əsgərin azad edilməsi üçün göstəriş verin. Bu, sülhyaratma prosesinə də çox müsbət təsir edən böyük bir addım ola və çox böyük və müsbət əks-səda doğura bilər.

Arkadi Qukasyan mənə belə cavab verdi:

– Bəli, belə bir əsirin olması barədə məndə də məlumat var və sizi inandırıram ki, məndə olan məlumat heç də sizdə olandan artıq deyil. Bununla belə, mən də böyük məmuniyyətlə yaralı insanın azad olunaraq öz vətəninə getməsinə razı olar, yaxud ən azı etiraz etməzdim. Lakin, çox böyük təəssüf ki, bu məsələ mənim səlahiyyətlərimə aid deyil. Bizdə hərbi əsirlərin taleyi “Dağlıq Qarabağ Respublikasının Milli Təhlükəsizlik Xidməti”nin səlahiyyətlərinə aiddir. Əsirlərin taleyini onlar həll edir. Mənim isə bir “president” kimi onlara kiminsə azadlığa buraxılması, yaxud öz vətəninə göndərilməsi barədə birbaşa göstəriş və ya əmr vermək səlahiyyətim yoxdur. Ona görə də mənim sizin arzunuzu yerinə yetirməyim hazırkı vaxtda qeyri-mümkün görünür.

– O halda biz düşünə bilərikmi ki, sizin görüşün əvvəlindəki nitqdə qeyd etdiyiniz humanizm, insanlıq, sülh və əminamanlıq, şəfqət və mərhəmət hissləri barədə fikirlər sadəcə söz xatirinə deyilmiş ifadələrdir və heç də səmimi məramınızdan xəbər vermir?

– Siz məni təxribata çəkmək, özümdən çıxarmaq istəyirsiniz və bununla da qeyri-adekvat addım atmağa təhrik edirsiniz. Yaxşı, mən sizə kömək edə bilərəm. Daha doğrusu həmin şəxsin buraxılmasının hansı yolla mümükün odlduğunu izah edə bilərəm. Yaxşısı budur ki, siz “DQR MTX”nin rəisinin adına bir ərizə, yaxud məktub yazın və həmin şəxsin azad edilməsini xahiş edin. Ümid edirəm ki, o sizin məktubunuza biganə qalmaz.

– Baxın, əsl təxribat budur. Siz bizi qeyri-qanuni yaradılmış bir qondarma qurumun rəhbərinə məktub yazmağa yönəldirsiniz. Özünüz də bilirsiniz ki, bu mümkün deyil və heç vaxt da mümkün olmayacaq. Biz həyatımıza təhlükə ola biləcəyi təqdirdə belə bu cür məktub yazmarıq və yaza da bilmərik.

– Onda mənim adıma belə bir müraciət yazın. Mən isə çalışaram ki, “DQR prezidenti” kimi əlimdə olan imkanlardan istifadə edərək təhlükəsizlik xidmətinə istədiyiniz şəxsin buraxılması üçün hər hansı təsir göstərim.

– Azərbaycan dilində buna deyirlər: “Üzrü günahından betər!” Biz bu şəhərdə hansısa zirzəmidə hazırda qan içində az qala can verən bir insanın azad edilməsini, bununla da bayaqdan bəri burada danışdığınız sözlərin səmimiliyini sübut etməyinizi istəyirik, siz isə hazırda olduğunuz mövqenin sizə verdiyi fürsətdən istifadə edərək söhbəti ironiyaya çevirirsiniz.

– Təəssüf ki, mən qeyd etdiyimdən başqa heç bir kömək edə bilmərəm. Bu, mənim səlahiyyətlərim və imkanlarım xaricindədir.

– Elə isə heç olmasa imkan verin, biz həmin yaralı əsgərlə görüşək.

– Nə üçün? Nə məqsədlə?

– Vəziyyətinə baxaq. Kimliyini öyrənək, mümkün olsa, ondan bir məktub alıb valideynlərinə çatdıraq. İnsanı sevindirək, ona ümid verək ki, burada ölməyəcəyinə, öldürülməyəcəyinə inansın.

– Təəssüf ki, mən burada da gücsüzəm. Yalnız onun öz yaxınları müraciət edərsə, düşünürəm ki, “xüsusi xidmət” orqanları onlara şərait yarada bilərlər.

– Axı biz onu görməsək, onunla görüşməsək, kim və haralı olduğunu, ailəsinin, yaxınlarının kimliyini, ünvanını özündən öyrənməsək, onlar necə müraciət edə bilərlər? Onlar nə bilir ki, oğulları burada saxlanılır?!

Digər tərəfdən, bəlkə elə doğrudan da bizdən kiməsə yaxınlığı var. Bunları da bilmək üçün onun özü ilə görüşmək lazımdır.

Qukasyan yenə də çiyinlərini çəkərək başını buladı və:

– Təəssüf ki, bir daha qeyd edirəm, bu məsələdə mən sizə heç bir kömək edə bilməyəcəyəm, – dedi. – Bu, mənim kompetensiyama aid deyil.
Hörmətli hakimlər!

Sizdən xahiş edirəm ki, məhkəmə dindirməsi zamanı müttəhim Arkadi Qukasyandan həmin yaralı əsgərin taleyi barədə də soruşasınız. Qoy izah etsin ki, sonralar həmin əsgərin başına nə gəldi?

P.S. Mənim Qukasyanla danışığımın tonu əsgərin azad edilməsi məramı ilə həmahəng idi.

P.P.S. Yarana biləcəyini ehtimal etdiyim suala cavab olaraq deyim ki, mən bu barədə ilk dəfə deyil danışıram. İlk dəfə səfərdən qayıdan kimi keçirdiyimiz mətbuat konfransında bunu elan etmiş, sonralar isə bir neçə dəfə yazmış və danışmışam".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Mart 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see251

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see239

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see202

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see201

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see197

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see190

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see179

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see171

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see165

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see164

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see146

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see142

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see140

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see138

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see135

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see134

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see131

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see131

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see126

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri