Icma.az
close
up
RU
Susmaq hər zaman “qızıl”dırmı? Mövqeyinizi bildirin! KONKRET

Susmaq hər zaman “qızıl”dırmı? Mövqeyinizi bildirin! KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan dövlətinə rəhbərlik edən Heydər Əliyev 1994-cü ilin oktyabr qiyamından sonra müşavirələrin birində məmurların bəzilərini Surət Hüseynovun əməllərinə göz yummaqda və susmaqda ittiham etmişdi. O zamankı mədəniyyət naziri Polad Bülbüloğlunu, baş nazirin müavini Elçin Əfəndiyevi danlayan Heydər Əliyev bütün komandasına həmişə mövqe sahibi olmağı tövsiyə etmişdi. Onun məşhur “mövqeyinizi bildirin” ifadəsi indi də unudulmayıb.

Əslində, bunu deməklə görkəmli dövlət xadimi bir tərəfdən komandasında sağlam düşüncəli, xəyanətdən uzaq insanları görmək istədiyini nəzərdə tuturdu, çünki müstəqilliyimizin kövrək illərində sabit fikirli komandanın olması xüsusilə vacib idi. Belə komanda cəmiyyətin çaşqın duruma düşməsinin qarşısını vaxtından əvvəl almaq iqtidarına malik olur.

Xatırlayırsınızsa, AXC-Musavat iqtidarının məğlubiyyətinin səbəblərindən biri elə onun məmurlarının vaxtında mövqe bildirməməsi olmuşdu. Hərəkat yolu ilə hakimiyyətə gəlmiş qüvvələr məsələləri cəmiyyətdən gizli saxlamağa çalışır, ölkəmizin müstəqilliyinə qarşı təhlükəli proseslərin düzgün, dürüst və bütün çılpaqlığı ilə vaxtında xalqa çatdırmırdılar. Nəticədə, onlar Rusiyanın adamı olan Surət Hüseynov kimi tör-töküntülərin qarşısını məxfi şəkildə almaq istəyərkən, ANS-in aparıcısı Mirşahin Ağayev onu Gəncədə nüfuzu olan “seyid balası” kimi təqdim edirdi…

Heydər Əliyev istər cənub bölgəsində separatizm baş qaldıranda, istər 1994-cü ilin oktyabrında, istərsə də 1995-ci ilin martında birbaşa efirə çıxıb, Əlikram Hümmətovun, Surət Hüseynovun, Cavadov qardaşlarının əməllərini açıq şəkildə xalqa izah etməklə, Azərbaycanın müstəqilliyinə olan təhlükələrə diqqəti yönəltdi, eləcə də qətiyyətlə separatizmin və qiyamların qarşısını almaqla AXC-Musavat iqtidarına dərs verdi.

Təqdirəlayiqdir ki, Prezident İlham Əliyev də öz hakimiyyəti dövründə həmin qətiyyətli siyasəti davam etdirir. Amma nə hikmətdirsə, hər hansı təhlükəli məqam yarananda özünü “köhnə qvardiya” adlandıran, sözdə Heydər Əliyevin və onun davamçısı İlham Əliyevin siyasətini dəstəkləyən məmurların, hakim “Yeni Azərbaycan” partiyasının, Milli Məclis deputatlarının, cəmiyyətin tanınmış şəxslərinin əməldə fəaliyyəti görünmür. Hətta Nardaran hadisələri zamanı onların bəzilərinin efirə çıxmaqdan imtina etdiyi də məlumdur. Belə qüvvələr dövlət başçısının bütün məsələləri həll etməsindən, hakimiyyətin mövqeyini daha da möhkəmləndirməsindən sonra ortaya çıxıb, bülbül kimi “möhtərəm” nəğmələrini ötməyə başlayırlar.

Ramiz Mehdiyevin həbsi xəbəri yayılandan sonra da bənzər durum yaranıb. Bəziləri guya “təqsirsizlik prezumpsiyası”na əməl edirlər, digərləri Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) açıqlama yaymamasını əsas gətirirlər. Məsələn, keçmiş deputat Rəbiyyət Aslanova, baş nazirin müavini Əli Əhmədov kimi. Halbuki, hər iki şəxs Ramiz Mehdiyevin xislətinə yaxşı bələddirlər. Biri uzun müddət YAP-ın icraçı katibi və sədr müavini kimi Ramiz Mehdiyevlə bərabər çalışırdı, digərinin isə oğlu Elnud Aslanov məhz Ramiz Mehdiyevin köməkçisi olmuşdu.

“Ramiz Mehdiyev haqda DTX-dan heç bir açıqlama yoxdur. Ona görə də onun haqda heş bir şey deyə bilmərəm. Onun cinayət törətməsi haqda ancaq saytlar yazır, xaricdəki antimilli jurnalistlər danışır, amma rəsmi açıqlama yoxdur. Biz hüquqi dövlətdə yaşayırıq. Hüquq özü qiymət verər. Təkcə onu deyə bilərəm ki, mən özüm isə həmişə ancaq cənab prezidentə qulluq etmişəm”, – deyə Əli Əhmədov jurnalistlərə bildirib.

Belə çıxır ki, Əli Əhmədov yalnız dövlət başçısı tapşırıq verəndən sonra bu həbs barədə nəsə deyə bilər. Bəs bu məsələ ətrafında hakim partiyanın mövqeyini kim açıqlamalıdır?! Axı söhbət hansısa çuğulluqdan getmir. Min cür məşəqqətllə 34 il öncə müstəqilliyini, 5 il öncə ərazi bütövlüyünü, 2 il öncə süverenliyini tam bərpa etdiyimiz Azərbaycan adlı Vətənimizdən gedir.

Məgər Səbail rayon məhkəməsinin Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə həbs-qətiimkan tədbiri seçməsi, onu Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri üzrə ittiiham etməsi sıradan məsələdirmi?

Bəs xaricdəki antimilli jurnalistlərin xalqa sırıdığı versiyaları kim rədd etməli, xalqımıza doğru-dürüst məlumatı kim açıqlamalıdır? Öz mövqeyini bildirməkdən, prosesləri normal şəkildə cəmiyyətin diqqətinə çatdırmaqdan çəkinən insanların vəzifələrdə nə işi var?

Bilirsinizmi, 1988-ci ildən başlayan milli azadlıq hərəkatının gücü nədə oldu? SSRİ-nin qorxunc repressiyasına baxmayaraq, ölkəmizin bütün alimləri, tanınmış simaları, politoloqları heç kimin göstərişi olmadan Azərbaycan Televiziyasına çıxıb həqiqətləri xalqa izah etməyə başladılar. Bu çıxışlar o qədər güclü idi ki, cinayətkar Qorbaçov və onun quldur dəstəsi Azərbaycan Televiziyasının enerji blokunu partlatmalı oldu. Lakin bu da ziyalılarımızın qarşısını ala bilmədi. Onlar “Azadlıq Radiosu”na çıxıb xalqımızın başına gətirilən cinayətləri bütün dünyaya yaymağı bacardılar, dövlət müstəqilliyimiz bərqərar olanadək susmadılar.

YAP-ın sədr müavini olan Əli Əhmədov isə vacib məqamda susmağı, xarici blogerlərin hakimiyyətin ünvanına yağdırdığı çirkablara göz yummağı “cənab prezidentə qulluq” hesab edir. Prezidentə belə “qulluq” lazımdırmı?! Axı susmaq heç də hər zaman “qızıl” deyil…

//Nocomment

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Oktyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see395

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see285

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see261

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see253

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see238

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see228

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see143

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see137

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see129

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see127

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see123

Evdə Tək in aktyorlarını təsirli görüntüləri VİDEO

03 Dekabr 2025 00:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri