Icma.az
close
up
RU
Şüurlu tərbiyənin təhlükəli meylləri: Uşağa zərər verən üç yayılmış yanaşma

Şüurlu tərbiyənin təhlükəli meylləri: Uşağa zərər verən üç yayılmış yanaşma

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son dövrlər bir çox valideynlər arasında "şüurlu”, "zərif” və "elastik” tərbiyə modelləri dəbə çevrilib. Bəziləri uşaqları tənqid etməməyə, digərləri isə onlara tam sərbəstlik verməyə çalışır. Lakin bu cür niyyətlər arxasında tez-tez uşağın inkişafına əngəl törədən və tərbiyənin təməlini zəiflədən davranışlar gizlənir. 

Qaynarinfo xəbər verir ki, gazeta.ru-ya erkən intellektual inkişaf üzrə mütəxəssis Marina May bu cür zərərli meyllərdən üçünü açıqlayıb.

1. Hiperhimayə (həddindən artıq qayğı)

Valideynin qayğısı kimi görünən bu yanaşma əslində uşağı böyümək və müstəqil olmaq imkanından məhrum edir. Valideynlər uşağın çətinlik çəkməsindən, ağlamasından və ya səhv etməsindən qorxaraq hər şeyi onun yerinə edirlər: çantasını yığır, ipini bağlayır, tapşırığı izah edirlər. Amma nəticədə uşaq öz gücünə inanmayan, təşəbbüskar olmayan və daim başqasından kömək gözləyən biri kimi formalaşır.

"Valideynlər deyə bilər ki, "hələ balacadır, böyüyəndə öyrənər". Amma müstəqillik sehrli şəkildə yaranmır - o, 2-3 yaşdan başlayaraq sadə addımlarla formalaşır: corab geyinmək, oyuncaqlarını yığmaq, seçim etmək...", deyə Marina May bildirir.

2. Ekran asılılığı (uşaqda və valideyndə)

Valideynlər getdikcə daha çox ekranı - telefon, planşet, televizor kimi vasitələri uşağı məşğul saxlamaq üçün istifadə edirlər: yemək zamanı cizgi filmi, maşında planşet, mağazada telefon. Amma bu "kiçik vərdişlər" zamanla uşağın real ünsiyyətdən və hərəkətdən uzaq düşməsinə, emosiyaları anlama və ifadə etmə qabiliyyətinin zəifləməsinə səbəb olur.

"Ekran uşağı nə danışmağa, nə hissləri anlamağa, nə də qarşılıqlı münasibət qurmağa öyrədir. Ən təhlükəlisi – uşaq yaradıcılıq yox, istehlak etməyi öyrənir", deyə pedagog xəbərdarlıq edir.

3. Qaydaların və sərhədlərin olmaması

Bu gün intizamdan imtina çox zaman uşağa hörmət kimi təqdim olunur. Valideynlər "cəza”, "itaət”, "sərtlik” anlayışlarından uzaq durmağa çalışırlar. Nəticədə isə nə olar, nə olmaz anlayışı olmayan, "hər şey olar” düşüncəsi ilə böyüyən uşaqlar formalaşır.

"Qaydalar uşağa təhlükəsizlik hissi verir. Qaydalar yoxdursa, uşaq özünü qorxmuş və tənhalığa tərk olunmuş kimi hiss edir. Nəticədə - kaprizlər, aqressiya, narahatlıq və üsyan yaranır", deyə Marina May izah edir.

Valideynlər getdikcə "bərabər tərəfdaş” modelini seçməyə başlayır: uşaqla sanki eyni səviyyədə dost kimi davranırlar. Lakin 3 və ya 7 yaşlı uşaqla "bərabərhüquqlu” münasibət qurmaq – valideynlik rolundan imtina deməkdir. Uşağın dost yox, inamlı, sərhəd qoyan və rəhbərlik edən bir yetkin şəxsə ehtiyacı var.

Nəticə

"Şüurlu tərbiyə” - demək deyil ki, uşağa hər şey olar. Bu, azadlıqla məsuliyyət, diqqətlə sərhəd arasında balans yaratmaqdır. Uşağa seçim etmək imkanı verilməlidir, amma çərçivələr daxilində.

"Əsas odur ki, biz uşağa uşaq olmağa, özümüzə isə yetkin olmağa icazə verək. Daxili güc, müstəqillik və yetkinlik – təsadüfi yox, gündəlik və bəzən çətin, amma çox dəyərli tərbiyəvi səylərin nəticəsidir", deyə Marina May fikrini yekunlaşdırır.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 May 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri